“Gürcü Arzusu” hökumətinin baş naziri İrakli Kobaxidze Davos
İqtisadi Forumunda iştirak etməyəcək.
“Azadlıq Radio”su hökumət administrasiyasından öyrənib ki, o,
tədbirə dəvət olunmayıb.
2026-cı ilin 19–23 yanvar tarixlərində hökumət, biznes və vətəndaş
cəmiyyəti liderlərinin iştirakı ilə Dünya İqtisadi Forumunun 56-cı
illik toplantısı keçiriləcək.
“Bu illik toplantı 2026-cı ildə dünyanın inkişafı üçün
zəruri olan müxtəlif baxışları bir araya gətirir... Dərin
geosiyasi, texnoloji və ictimai dəyişikliklərlə xarakterizə olunan
bir dövrdə Dünya İqtisadi Forumunun illik toplantısı dialoq,
əməkdaşlıq və fəaliyyət üçün qərəzsiz platformadır”,
- Forum barədə yayımlanan məlumatda deyilir.
2026-cı il toplantısında iştirak edənlər arasında ABŞ prezidenti
Donald Tramp, Kanadanın baş naziri Mark Karni, Almaniyanın kansleri
Fridrix Mers, Avropa Komissiyasının prezidenti Ursula fon der
Lyayen, Ukrayna prezidenti Volodimir Zelenski və digər dövlətlərin
yüksək səviyyəli siyasi rəhbərləri, həmçinin beynəlxalq
təşkilatların nümayəndələri var. Forumda, həmçinin, 1700 biznes
lideri və vətəndaş cəmiyyəti təmsilçisi iştirak edir.
Gürcüstanın nümayəndəsi 2025-ci ildə də Davos Forumunda iştirak
etməmişdi.
Xüsusilə 2024-cü ilin sonlarında – Gürcüstanda parlament seçkiləri
keçirildikdən və İrakli Kobaxidze dörd il ərzində Avropa İttifaqına
üzvlük üçün zəruri olan danışıqların başlanması məsələsini
qaldırmayacaqlarını bəyan etdikdən sonra – “Gürcü Arzusu”
hakimiyyəti həm ölkə daxilində, həm də beynəlxalq arenada ciddi
siyasi böhranla üzləşib.
Bu günə qədər 2024-cü il parlament seçkilərinin nəticələrinin
legitimliyini cəmiyyətin böyük hissəsi tanımır. Bu sıralara etiraz
aksiyalarının iştirakçıları, müxalifət partiyaları, qeyri-hökumət
təşkilatları və Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili
daxildir. Parlamentin, hökumətin və altıncı prezidentin
legitimliyinə dair suallar Gürcüstanın beynəlxalq tərəfdaşları
tərəfindən də səsləndirilir.
2024-cü ilin noyabr–dekabr aylarında etirazların zorakılıqla
dağıdılması fonunda ABŞ Gürcüstanla strateji tərəfdaşlığı
dayandırdı və milyarder, keçmiş baş nazir, “Gürcü Arzusu”nun fəxri
sədri Bidzina İvanişviliyə, eləcə də hökumətin yüksək vəzifəli
şəxslərinə sanksiyalar tətbiq etdi.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.