Cənubi Koreyanın keçmiş prezidenti 5 il azadlıqdan məhrum edilib
Cənubi Koreyanın keçmiş prezident Yun Sok Yol 5 il müddətinə azadlıqdan məhrum edilib. Seulun Mərkəzi Rayon Məhkəməsi bu cəzanı məhkəməyə mane olma işi üzrə kəsib. Prokuror 10 il cəza tələb etmişdi. Xəbəri Cənubi Koreyanın "Yonhap" agentliyi yayıb.

Keçmiş prezident 2025-ci ilin yanvarında özünün saxlanmasına mane olmaqda, hərbi vəziyyət elan etməkdə, parlamentin qərarından sonra bununla bağlı fərmanı
ləğv etməkdə, hərbçilərin telefonlarından qeydləri silmək əmri verməkdə təqsirli bilinib.

İki gündən sonra keçmiş prezidentin həbs müddəti başa çatmalı idi. Onun vəkilləri deyirdilər ki, bu iş üzrə qərar hərbi üsyan məsələsi müzakirə olunandan sonra verilməlidir, amma hakim bu tələbə etiraz edib.

Agentliyin yazdığına görə, Y.S.Yola ümumilikdə səkkiz cinayət işi açılıb. O, hərbi vəziyyət tətbiq etmək cəhdi, xanımım yol verdiyi bildirilən korrupsiya, 2023-cü ildə dəniz piyadasının ölümündə ittiham olunur. Prokurorlar bu həftə hərbi üsyan işi üzrə ona ölüm cəzası kəsilməsini tələb ediblər.

Y.S.Yol "Şimali Koreyanın daxili tərəfdarları ilə mübarizə aparmaq" üçün ölkədə hərbi vəziyyət elan edəcəyini bildirib. Onun imzaladığı fərman partiyaların fəaliyyətini, etirazları, tətilləri qadağan edir, senzura qoyur, ölüm cəzası çıxara biləcək hərbi-səhra tribunalları təsis olunmalı idi. Lakin sənəd cəmi altı saat qüvvədə olub, deputatlar onun ləğvinə səs verib, hərbçilər isə parlament binasını basqın edirdilər.

2024-cü ilin dekabrında parlament Y.S.Yolun vəzifəsindən azad edilməsinə səs verib. Yanvarda istintaqçılar onu həbs edə bilməyib, daha sonra məhkəmə onun saxlanmasına qərar verib. Fevralda siyasətçi Seulun Mərkəzi Dairə Məhkəməsinə apellyasiya şikayəti verib, məhkəmə onun xeyrinə qərar qəbul edib, martın əvvəllərində o, azadlığa buraxılıb. Amma iyulda Y.S.Yolu yenidən həbs ediblər, tədqiqatçılar onun sübutları məhv edə biləcəyini bildiriblər.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google