Polis radikal faşist (neonasist) qruplaşmanın üzvü olmaqda
ittiham olunan 16 nəfəri ölkə üzrə həyata keçirilən əməliyyatlar
nəticəsində saxlayıb.
Onların arasında 10 yetkinlik yaşına çatmayan var. Bu barədə
Tbilisi Polis Departamentinin direktoru Vaja Siradze brifinq zamanı
məlumat verib.
“Saxlanılan şəxslər müxtəlif yaş qruplarına aid
insanlara fiziki və psixoloji zorakılıq tətbiq edirdilər... Qrupun
üzvləri özlərini neonasist adlandırır və faşist ideologiyasına
əsaslanırdılar. Təsir dairələrini genişləndirmək və tanınmaq
məqsədilə onlar qurbanlara qarşı radikal münasibət göstərirdilər.
Onların ideologiyasına razılaşmayan şəxsləri xüsusi qəddarlıqla
cəzalandırırdılar”, - deyə Vaja Siradze bildirib.
Vaja Siradzenin sözlərinə görə, zorakılığı əks etdirən görüntülər
sosial şəbəkələrdə də yayılırdı. 10-dan çox şəxs zərərçəkmiş kimi
tanınıb, onların arasında dörd nəfər yetkinlik yaşına çatmayan
var.
DİN işi Gürcüstan Cinayət Məcəlləsinin 144-cü prim maddəsinin
ikinci hissəsinin “z” bəndi və üçüncü hissəsinin “b” bəndləri ilə
araşdırır. Mövcud qanunvericiliyə əsasən, yetkinlik yaşına çatmayan
şəxsə qarşı qrup halında həyata keçirilmiş qeyri-insani rəftar 10
ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Vaja Siradze əlavə edib ki, Gürcüstanda radikal faşist
qruplaşmaların iki lideri — Levan Abesadze və David Cafarov — oxşar
ittihamlarla artıq həbsdədir:
“Onlarla birlikdə daha yeddi qrup üzvü də saxlanılıb. Araşdırma
müəyyən edib ki, həmin ideologiyanı paylaşan digər qrup üzvləri
zorakı əməl və hərəkətləri davam etdirirdilər ki, bu da istintaq
çərçivəsində toplanmış sübutlarla təsdiqlənib.”
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.