Avropa İttifaqının (Aİ) rəsmiləri Rusiyanın ən tanınmış televiziya
simalarından bəzilərinə sanksiyaların tətbiqinə çağırıblar.
Onların sırasında prezident Vladimir Putini tərifləyən
reportajları, ona əsasən məhdudiyyətsiz çıxışı ilə tanınan dövlət
televiziyasının müxbiri Pavel Zarubin də var.
AzadlıqRadiosunun əldə etdiyi təkliflərdə daha beş tanınmış
rusiyalı da yer alıb. Onlardan biri tanınmış teleaparıcı Yekaterina
Andreyeva, digəri Londondakı Kral Baletinin aparıcı solisti
olmuş
balet artisti Sergey Polunindir.
Təkliflər yanvarın 29-da Aİ Şurasında, blokun 27 üzvünün xarici
işlər nazirlərinin toplantısında müzakirəyə çıxarılması gözlənilir.
AzadlıqRadiosunun aparıcı jurnalisti Mayk Ekkel yazır ki, qərarın
olacağı dəqiq deyil, çünki Macarıstan və Slovakiya daxil, bir neçə
Aİ üzvü əvvəllər bu cür təşəbbüslərə qarşı çıxıb.
Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı
işğala başlayandan Aİ sanksiya siyahısını davamlı genişləndirib.
Hazırda bu siyahıya 2 min 500-dən çox şəxs, şirkət və digər qurum
daxildir, təxminən 28 milyard avro (33 milyard dollar) dəyərində
aktiv dondurulub.
Yeni təkliflər isə birbaşa Ukrayna müharibəsi ilə deyil, "Rusiyanın
sabitliyi pozan fəaliyyətləri" ilə əlaqəli kateqoriyadandır. Bu
kateqoriya üzrə indiyədək təxminən 60 nəfər və quruma qarşı
tədbirlər görülüb.
AzadlıqRadiosu Zarubin ilə əlaqə saxlaya bilməyib. O, uzun illərdir
Rusiyanın ən böyük dövlətə məxsus "Birinci Kanal" televiziyasında
çalışır. Aİ onu "tanınmış rusiyalı təbliğatçı" kimi xarakterizə
edir. Zarubin "Moskva. Kreml. Putin" adlı televiziya proqramının
aparıcısıdır.
Putinə heyranlıq
Ukrayna əsilli Polunin Londondakı Kral Baletinin indiyədək ən gənc
baş solisti olub. Bəzi tənqidçilər onun istedadını Rudolf Nureyev
və ya Mixail Barışnikovla müqayisə ediblər. O, 2012-ci ildə
gözlənilmədən baleti tərk edib. Sonradan o, Moskvada daha az
tanınan teatrlarla əməkdaşlıq edib, Rusiya televiziyasında
realiti-şouya qatılıb, 2019-cu ildə bir rəqsi ilə YouTube-da viral
olan video yayımlayıb.
Polunin 2019-cu ildə sosial şəbəkələrdə gey və lezbiyanlara mənfi
münasibətini ifadə edən paylaşımlar edib, Vladimir Putinə
heyranlığını açıq nümayiş etdirməklə qalmaqal yaradıb. O, Putinin
şəklini sinəsinə döydürüb. 2024-cü ildən İsraildə yaşayır.
Aİ Polunini Ukrayna müharibəsində Rusiya ordusunu dəstəklədiyinə,
maliyyə topladığına, Kremlin təbliğat xarakterli televiziya
proqramlarında iştirak etdiyinə görə hədəfə alacağını bildirir.
Andreyeva isə on illərdir Rusiya dövlət televiziyasının əsas
simalarından biridir. Kanalın "Vremya" adlı axşam xəbərlərini
aparıb, daha öncə iki dəfə "Birbaşa xətt" adlı canlı zəng
proqramının aparıcısı olub.
Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondunun
araşdırmaçıları ötən il Andreyevanın Monteneqro və Honduras
pasportlarının olduğunu, bunun da ona Aİ və digər ölkələrə sərbəst
səyahət imkanı verdiyini öyrəniblər.
Aİ-nin təklif etdiyi sanksiya siyahısında Putini tərifləyən
mahnılar yazıb ifa edən repper Roman Çumakov, "Birinci Kanal"ın
digər aparıcısı Mariya Sittel, populyar idman şərhçisi Dmitri
Quberniyev də var.
AzadlıqRadiosu adları çəkilən bu şəxslərlə də əlaqə yarada
bilməyib.
Aİ-nin Rusiyaya qarşı sanksiyaları çox vaxt ABŞ və Kanada da daxil,
Qərb müttəfiqləri ilə koordinasiyalı tətbiq edir.
ABŞ prezidenti Donald Tramp isə artıq "Rusiyaya Sanksiyalar Aktı –
2025" adlı yeni qanun layihəsinə yaşıl işıq yandırıb. Konqresmenlər
mətnə son düzəlişləri edirlər və onun nə vaxt səsverməyə
çıxarılacağı bəlli deyil.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.