Kreml 2022-ci ildə Ukraynaya qarşı tammiqyaslı müdaxiləyə
başlayandan İran Rusiya üçün böyük hərbi təchizatçı olub.
Amma mütəxəssislər AzadlıqRadiosuna deyirlər ki, bu dəstək artıq
Moskvanın müharibə səylərində əsas rol oynamır.
2021-ci ilin oktyabrından bəri İran Rusiyaya 2.7 milyard dollarlıq
raket – hava hücumundan müdafiə raketləri, ballistik raketlər
satıb. Bu haqda "Bloomberg" yanvarın 12-də bir Qərb təhlükəsizlik
rəsmisinə
istinadla yazıb.
Moskva ticarətin həcmini açıqlanmır, İran isə Rusiyaya hər hansı
təchizatı inkar edir.
"Tərəflər arasında münaqişə davam edərsə, İran
istənilən tərəfə hərbi yardımdan çəkinəcək", – İranın
BMT-dəki daimi nümayəndəliyi mayda bəyanatında bildirib.
AzadlıqRadiosunun beynəlxalq məsələlər üzrə aparıcı jurnalisti Rey
Förlonq bunun əksinə dəlillərin olduğunu yazır. Özəlliklə, Rusiya
müharibənin əvvəlində İranın "Şahed" hücum dronlarından geniş
yararlanıb. Amma bu dəstəyin dəyəri getdikcə azalmış kimi
görünür.
Dronlar
"İran hələ də dron tədarük edir, azından keçən ilədək,
İranın göndərdiyi yeni dron dizaynları vardı. Amma məncə, İranın
Rusiya ilə müdafiə avadanlığı mübadiləsinin pik həddi çoxdan
keçib", – Ceyms Martin Nüvə Silahlarının Yayılmaması
Mərkəzində Avrasiya proqramının rəhbəri Hanna Notte yanvarın 14-də
AzadlıqRadiosuna bildirib.
Yeni Avrasiya Strategiyaları Mərkəzinin analitiki Ruslan Süleymanov
da oxşar fikirdədir.
"Rusiya dörd il öncə olduğu kimi İran silahlarından asılı deyil.
"Şahed" dronları Rusiyada "Qeran" adı ilə istehsal olunur, bu
dronların istehsal dövriyyəsinin təxminən 90 faizi artıq tamamilə
Rusiyada, İranın köməyi olmadan aparılır", – o,
"Current Time"a bildirib.
İran Rusiyanı texnologiya və təlimlə təmin edib, Rusiyanın
Tatarıstan bölgəsindəki Alabuqa zavodu "Qeran" istehsal edir.
Ukraynanın məlumatına görə, Rusiya hər ay təxminən 5 min
uzaqməsafəli dron istehsal edir. Bunların sırasında "Qeran" zərbə
dronu, Ukraynanın hava hücumundan müdafiə sistemlərini
neytrallaşdırmaq üçün başlıqsız "Qerbera" dronu da var.
Raketlər
Apreldə ABŞ-nin Mərkəzi Komandanlığının rəhbəri, general Kristofer
Kavoli ABŞ Senatının Silahlı qüvvələr komitəsində bildirib ki,
"İran Rusiyaya maddi dəstəyini davam etdirib, 400-dən çox
qısamənzilli ballistik raket, yüz minlərlə artilleriya mərmisi
hədiyyə edib".
"Reuters" isə mayda xəbər verib ki, İran "Fəth-360" raket buraxılış
qurğuları göndərəcək, amma Tehran bunu inkar edib. 2024-cü ilin
sentyabrında isə Pentaqonun sözçüsü Patrik Rayder "Fəth 360"
raketlərinin göndərildiyini bildirmişdi.
Həmin ilin oktyabrında ABŞ Ukraynada istifadə üçün Xəzər dənizi
vasitəsilə dron avadanlığı və sursat çatdıran iki Rusiya gəmiçilik
şirkətinə sanksiyalar tətbiq etdi.
Avropa İttifaqı bir neçə gün sonra İranın üç aviaşirkətinə və iki
satınalma firmasına sanksiyalar tətbiq edib, bunu "İranın Rusiyaya
raket və dron tədarükü" ilə əlaqələndirib.
"Fəth 360" raketlərinin Ukraynada istifadə olunmasına dair heç bir
məlumat yoxdur. Notte bunu "Fəth 360" üçün buraxılış qurğularının
təhvil verilməməsi ilə izah edib. Digər səbəb Rusiyanın daxili
istehsalı artırması, Şimali Koreyadan da təchizat gəldiyindən
onlara ehtiyac duymaması ola bilər.
Keçən ilin fevralında Londonda yerləşən RUSI təhlil mərkəzi Rusiya
Müdafiə Nazirliyinin 2025-ci ildə təxminən 750 ballistik və 560
qanadlı raket istehsal etməyi planlaşdırdığını yazıb. O vaxtdan
Ukrayna hərbi kəşfiyyatı bu istehsalla bağlı daha yüksək proqnozlar
verib.
"Ruslar sadəcə, bu İran raketlərindən istifadəyə
ehtiyac duymamış ola bilərlər", – Notte bildirib.
Sursatlar
2022-ci ildən bəri İranın Rusiyaya böyük miqyasda sursat və mərmi
göndərdiyi ehtimal edilir. "The Wall Street Journal" 2023-cü ildə
apardığı araşdırmada 300 min artilleriya mərmisi, təxminən 1 milyon
döyüş sursatından söz açırdı.
2025-ci ildə Ukraynanın dron hücumları hərbi təchizatın davam
etdiyini göstərib. Rusiya mediası apreldə Xəzərdəki Olya limanına
ilk hücumları xəbərlədi, avqustda digər hücumlar haqda məlumatlar
gəldi. Olya İran hərbi yükünün göndərildiyi əsas mərkəz
sayılır.
Kiyev İqtisadiyyat Məktəbinin ötən il hazırladığı bir hesabatda həm
İran, həm də Şimali Koreyadan gəmi və dəmir yolu ilə daşınan
partlayıcı maddələrin həcmi detallı göstərilib. Hesabata görə,
Şimali Koreyadan gələn təchizat artıq Rusiyanın partlayıcı maddələr
idxalının 58 faizini təşkil edir.
Notte Şimali Koreyadan göndərilən mərmi və güllələrin miqyasına
görə İrandan təchizatı geridə qoyduğunu deyir:
"Ukraynalılar keçən il hesablayıblar ki, Rusiyanın
Ukraynada istifadə etdiyi bütün sursatın 50 faizi Şimali Koreyadan
gəlib. Fikrimcə, Şimali Koreya Rusiya üçün əsas müdafiə
təchizatçısına çevrildiyindən İranın sursatına ehtiyac
qalmayıb".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.