“Yoxsulluq nə təbii hadisədir, nə də insanların
‘tənbəlliyinin’ nəticəsi. Bu, iqtisadi və siyasi sistemin
məhsuludur”
– xeyriyyə təşkilatı Oxfam International öz son hesabatında belə
bildirir. Hesabatın müəlliflərinin fikrincə, mövcud sistem elə
qurulub ki, varlılar daim daha da varlanır, nəticədə isə yoxsul
insanların vəziyyətini yaxşılaşdırmaq üçün imkanları getdikcə
azalır.
Təşkilatın məlumatına görə, dünya əhalisinin təxminən yarısı – 4.1
milyard
insan – həddindən artıq yoxsulluq şəraitində yaşayır.
“Hesab olunur ki, yoxsulluq taleyin deyil, verilmiş
qərarların nəticəsidir” – deyə hesabatda qeyd
olunur.
Araşdırmaya əsasən, dünya iqtisadi sistemi elə formalaşdırılıb ki,
varlı ölkələr və korporasiyalar davamlı şəkildə qazanc əldə edir,
yoxsul ölkələr isə nəticədə resurslardan məhrum olurlar.
“İnsanlar hər gün sadəcə yaşamaq uğrunda mübarizə
aparanda, onların nə vaxtı, nə də gücü qalır. Yoxsulların səsi
siyasətdə demək olar ki, eşidilmir və qərarları maliyyə baxımından
güclü kiçik bir qrup qəbul edir. Yoxsulluq demokratiyanı zəiflədir.
Onu azaltmaq mümkündür, əgər həddindən artıq zənginlik və
hakimiyyət məhdudlaşdırılsa” – hesabatda
bildirilir.
Oxfam vəziyyəti yaxşılaşdırmaq üçün bir neçə tövsiyə verir:
- varlıların ədalətli şəkildə vergiyə cəlb
edilməsi;
- təhsilə və səhiyyəyə sərmayə qoyulması;
- əmək hüquqlarının gücləndirilməsi;
- vergi qaçaqçılığı üçün “sığınacaq” sayılan ölkələrlə
mübarizə;
- siyasətdə pulun təsirinin azaldılması.
Məlumat üçün qeyd edək ki, eyni hesabatda bildirilir: dünyada
milyarderlərin sayı ilk dəfə olaraq 3000 nəfəri keçib və ümumi
sərvət hazırda tarix boyu ən yüksək səviyyədədir. Belə ki,
milyarderlərin ümumi sərvəti 2025-ci ildə 2,5 trilyon dollar
artaraq 18,3 trilyon dollara çatıb.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.