Msxeta, Telavi, Marneuli – 2025-ci ilin ilk 9 ayında ən çox tikinti icazəsi hansı bələdiyyələrdə verilib?
2025-ci ilin ilk 9 ayında Gürcüstanda Tbilisidən sonra ən çox tikinti icazəsi Kvemo Kartlidə verilib. Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, yanvar-sentyabr ayları arasında Gürcüstanda ümumilikdə 8597 tikinti icazəsi verilib.

Bunlardan ən çoxu, 3891 icazə, Gürcüstanın paytaxtı Tbilisidə, 930 tikinti icazəsi isə Kvemo Kartlidə verilib.

Regionlar üzrə verilən tikinti icazələrinin siyahısını təqdim edirik:
  • Tbilisi – 3891
    tikinti icazəsi;
  • Kvemo Kartli – 930 tikinti icazəsi;
  • Kaxeti – 843 tikinti icazəsi;
  • Acarıstan – 578 tikinti icazəsi;
  • Msxeta-Mtianeti – 554 tikinti icazəsi;
  • İmereti – 505 tikinti icazəsi;
  • Şida Kartli – 441 tikinti icazəsi;
  • Sameqrelo-Yuxarı Svaneti – 392 tikinti icazəsi;
  • Samtsxe-Cavaxeti – 312 tikinti icazəsi;
  • Quriya – 116 tikinti icazəsi;
  • Raça-Leçxumi və Aşağı Svaneti – 32 tikinti icazəsi;
Bələdiyyələr arasında ən çox tikinti icazəsi Msxeta, Telavi, Marneuli, Batumi və Qardabanidə verilib.

2025-ci ilin ilk 9 ayı ərzində verilən tikinti icazələrinə görə, Marneuli bələdiyyəsi Gürcüstan bələdiyyələri arasında üçüncü yeri tutub. Tikinti icazələrinin sayına görə Marneuli yalnız Msxeta və Telavi bələdiyyələrindən geridə qalır.

Ən çox tikinti icazəsinin verildiyi 5 bələdiyyənin siyahısını təqdim edirik:
  • Msxeta – 420 tikinti icazəsi;
  • Telavi – 382 tikinti icazəsi;
  • Marneuli – 327 tikinti icazəsi;
  • Batumi – 307 tikinti icazəsi;
  • Qardabani – 277 tikinti icazəsi;

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google