Büdcə hesabına süfrə – Marneuli meriyasının 88 min larilik illik restoran xərcləri
Marneuli meriyası bir il ərzində restoran xidmətlərinə 88 565,50 lari xərcləyib. Ötən 2025-ci ildə yerli özünüidarə ümumilikdə 11 dəfə süfrə açıb və bu xidmətlərin hamısını birbaşa qaydada alınıb. Tenderlərin əksəriyyəti fərdi sahibkar Vladimer Kimadzenin "Sadğeqrdzlo" ( Qamatkave) restoranı ilə imzalanıb.

Marneuli meriyası 2025-ci ilin ilk süfrəsini 19 fevralda açıb. Həmin gün bələdiyyə İsrail səfirini və müxtəlif
dövlət təşkilatlarının nümayəndələrini qəbul edib. Restoran xidmətləri üçün fərdi sahibkar Vladimer Kimadzeyə 4 996 lari ödənilib.

21 mart tarixində Novruz bayramı ilə əlaqədar olaraq Marneuli meriyası müxtəlif dövlət struktur vahidlərindən dəvət olunmuş qonaqları qəbul edib. Müvafiq alqı-satqının dəyəri 15 760 lari olub və restoran xidmətlərini yenə də Vladimer Kimadze göstərib.

Bir gün sonra, 22 mart tarixində bələdiyyə Ramazan ayı çərçivəsində iftar süfrəsi təşkil edib. Sənədlərə görə, tədbirdə 300-350 qonaq iştirak edib. Meriya şam yeməyinin təşkili üçün 25 995 lari ödəyib və xidmət fərdi sahibkar Elçin Əliyevə həvalə edilib.

26 mayda Marneuli meriyası müxtəlif dövlət qurumlarının nümayəndələrini qəbul edərkən də restoran xidmətləri alınıb. Bu tədbir üçün ödənilən məbləğ 8 511 lari (Vladimer Kimadze) olub.

Həmçinin, 11 apreldə Gənclər Şurasının təşəbbüsü ilə planlaşdırılan və Tbilisi Dövlət Universitetinin professor, müəllimlərinin dəvət edildiyi görüş çərçivəsində meriya 1 200 lari ödəyib (təminatçı: Ana Çikaberidze – “Barbi”).

26 iyun tarixində Gənclər Şurası tərəfindən təşkil edilən Rənglər Festivalı çərçivəsində qonaqların qəbulu üçün 1 069,50 lari ayrılıb (təmin edən: Nato Tsartsidze).

2025-ci ildə Marneuli meriyası digər bələdiyyələrdə keçirilən tədbirlərdə də iştirak etdi. Bunlar arasında qonaqların qəbulu üçün 13 850 lari ödənilən Tsalkadakı “Sarvanoba” (təmin edən Nüsrət Əliyev) və etno-kulinariya guşəsinin təşkilinə 2968 lari xərclənən “Didqoroba 2025” (təmin edən Nato Tsartsidze) də var idi.

Meriya 2024-2025 tədris ilinin fərqlənən tələbələrinin marifləndirici səfəri və qəbulu üçün 4116 lari ödəyib (təmin edən: "Qita 2024” MMC).

İlin sonunda, 15 noyabrda “Marneuloba” dövlət bayramında qonaqların şam yeməyinə dəvət olunması üçün 6 500 lari, 8 dekabrda keçirilən növbəti rəsmi qəbul üçün isə 3600 lari ayrılmışdı. Hər iki halda təminatçı fərdi sahibkar Vladimir Kimadze idi.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google