Son 24 saat ərzində 88 narkotik satıcısı və narkotika cinayətində iştirak edən şəxs saxlanılıb – DİN
Daxili İşlər Nazirliyinin məlumatına görə, son 24 saat ərzində Tbilisi və regionlarda keçirilən polis əməliyyatları nəticəsində 88 narkotik satıcısı və narkotik cinayətində iştirak edən şəxs saxlanılıb. Bu barədə nazirin müavini Aleksandre Daraxtvelidze brifinqdə bildirib. Onun sözlərinə görə, saxlanılanların sayı nümunəsiz, rekord göstəricidir.

Nazirliyin açıqlamasında qeyd olunur ki, əməliyyatlar zamanı xüsusi böyük həcmdə müxtəlif növ narkotik və
psixotrop maddələr, odlu silahlar və avtomatik odlu silahlar, həmçinin qanunsuz narkotik satışından əldə olunmuş pul vəsaiti ələ keçirilib.

DİN-in məlumatına görə, saxlanılanlar arasında həm Gürcüstan vətəndaşları, həm də xarici ölkə vətəndaşları var.

Brifinqdə deyilib ki, istintaq zamanı toplanan sübutlara əsasən saxlanılan narkotik satıcılarının vətəndaşlara sistemli şəkildə narkotik satdıqları müəyyən edilib.

Polis məhkəmənin qərarı ilə narkotiklərin nəzarətli alışı və təqsirləndirilən şəxslərin göstərdiyi yerlərdən, onların şəxsi əşyalarından, avtomobillərindən və yaşadıqları evlərdən keçirilən axtarışlar nəticəsində xüsusi böyük həcmdə müxtəlif növ narkotik maddələr — o cümlədən kokain, heroin, alfa-PVP, buprenorfin, metadon, morfin, MDMA və qurudulmuş marixuana — maddi sübut kimi götürülüb. Əməliyyatlar zamanı həmçinin narkotik maddələrin qablaşdırılması üçün lazım olan materiallar da tapılıb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı, 260-cı, 260-cı tercia, 260-cı kvarta, 261-ci və 265-ci prima maddələri ilə aparılır. Bu maddələr 20 ilə qədər, hətta ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Nazirliyin açıqlamasında həmçinin bildirilir ki, 2025-ci ilin son 7 ayı ərzində Gürcüstan üzrə narkotik cinayəti ilə əlaqədar 5 mindən çox şəxs saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib, onlardan təxminən 2 min nəfəri narkotik satışında iştirak edənlərdir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google