BMT-də Gürcüstanın daimi nümayəndəsi Venesuelanın nümayəndəsi ilə görüşüb

Cenevrədə BMT-nin bölməsi və digər beynəlxalq təşkilatlar yanında Gürcüstanın daimi nümayəndəsi,

BMT-nin İnsan Hüquqları Şurasının Şərqi Avropa Qrupu üzrə koordinatoru vəzifəsini icra edən Revaz Lominadze, Venesuelanın daimi nümayəndəsi, səfir Aleksander Yanes Deleu ilə görüşüb.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşün təşəbbüskarı Venesuela tərəfi olub. Qurum 19 yanvarda keçirilmiş bu görüş barədə məlumatı fotosuz yayıb.

“Gürcüstan
tərəfi vurğulayıb ki, Venesuelanın Gürcüstanın işğal olunmuş regionları — Abxaziya və qondarma Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıması beynəlxalq hüququn fundamental prinsiplərinin kobud şəkildə pozulmasıdır. Gürcüstan tərəfi ümid ifadə edib ki, Venesuelada son dövrdə baş verən proseslər bu qeyri-qanuni qərarın yenidən nəzərdən keçirilməsinə və ləğvinə, Gürcüstanın milli maraqlarına və beynəlxalq hüquq normalarına uyğun olaraq töhfə verəcək”,
- məlumatda deyilir.

Xatırladaq ki, 2008-ci ilin avqust müharibəsindən bir il sonra, 2009-cu il sentyabrın 10-da Venesuela Rusiya tərəfindən işğal olunmuş Abxaziya və Tsxinvali regionunu müstəqil dövlət kimi tanımışdı.

Venesuelada baş verən son hadisələr
• 2026-cı il 3 yanvarda ABŞ xüsusi təyinatlıları Venesuelanın paytaxtı Karakasda əməliyyat keçirərək ölkənin lideri Nikolas Maduronu və onun həyat yoldaşı Siliya Floresi həbs ediblər. ABŞ hərbçiləri Venesuelada bir neçə hərbi obyektə də zərbə endiriblər. Venesuela hakimiyyətinin məlumatına görə, zərbələr mülki obyektlərə də dəymişdi.
• Prezident Donald Tramp bəyan edib ki, hakimiyyət təhlükəsiz və düzgün şəkildə təhvil verilənədək Venesuelaya ABŞ rəhbərlik edəcək. Trampın sözlərinə görə, böyük Amerika neft şirkətləri Venesuelanın dağıdılmış neft infrastrukturlarını bərpa etmək üçün milyardlarla dollar sərmayə yatıracaq və ölkə üçün gəlir gətirməyə başlayacaqlar.
• 5 yanvarda Nikolas Maduro və Siliya Floresə Nyu-Yorkda, Manhetten məhkəməsində dörd maddə üzrə ittiham irəli sürülüb. İttihamlar arasında narkoterrorçuluqla bağlı cinayət də var. Hər iki şəxs özlərini təqsirsiz elan ediblər.
• Venesuela prezidentinin vəzifələrini vice-prezident Delsi Rodrigez icra edir. O, 4 yanvarda bildirib ki, ABŞ hökumətinə beynəlxalq hüquq çərçivəsində birgə inkişafı hədəfləyən əməkdaşlıq gündəliyi ilə dialoqa başlamaq təklif edilir.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google