2025-ci ildə Tbilisidə iriqabaritli nəqliyyat vasitələrinin pik
saatlarda hərəkətinə görə tətbiq edilən cərimələrin həcmi əvvəlki
illə müqayisədə 158% artıb.
Xüsusilə, Maliyyə Nazirliyinin Gürcüstanın birləşmiş büdcə
gəlirlərinə dair məlumatına görə, ötən il qeyd olunan qanun
pozuntusuna görə büdcəyə 2 972 751 lari daxil olub. Ötən ilin
müvafiq dövründə bu rəqəm 1 153 574 lari təşkil edirdi.
Maliyyə Nazirliyinin məlumatına əsasən, 2.972 milyon larilik
cərimənin aylara görə bölgüsü belədir:
- Yanvar: 158 420 lari; Fevral: 204 902 lari; Mart: 307 710
lari;
- Aprel: 321 464 lari; May: 236 609 lari; İyun: 302 043
lari;
- İyul: 273 406 lari; Avqust: 204 436 lari; Sentyabr: 259 646
lari;
- Oktyabr: 275 035 lari; Noyabr: 212 015 lari; Dekabr: 217 002
lari.
Xatırladaq ki, 2024-cü il yanvarın 1-dən paytaxtın konkret
ərazilərində müəyyən zaman kəsiyində böyük ölçülü maşınların,
xüsusən N1, N2 və N3 kateqoriyalı nəqliyyat vasitələrinin hərəkəti
qadağan edilib. Məhdudiyyət səhər 08:00-11:00 və axşam 17:00-20:00
saatları arasında qüvvədədir.
Qadağa aşağıdakı nəqliyyat vasitələrinə şamil edilmir:
- İctimai nəqliyyat;
- Qəza-xilasetmə, təcili yardım, yanğınsöndürmə və evakuasiya
nəqliyyatı;
- Bələdiyyə və ya dövlət infrastruktur layihələrinin icrası üçün
lazım olan nəqliyyat;
- Tələbə və şagirdlərin daşınması üçün nəzərdə tutulan
nəqliyyat;
- Turizm fəaliyyəti üçün lazım olan nəqliyyat;
- Operativ-axtarış fəaliyyəti həyata keçirən şəxslər;
- Betondaşıyan maşınlar və neft məhsulları daşıyan nəqliyyat
vasitələri.
Məhdudiyyət şənbə-bazar günlərinə, bayram (qeyri-iş) günlərinə və
avqust ayına şamil olunmur.
Cərimə məbləği: Qaydanı pozan şəxslər 1000 lari məbləğində
cərimələnir, xəta təkrar törədildikdə isə cərimə 3000 lari təşkil
edir.
Məhdudiyyət tətbiq edilən əsas ünvanlar: Ketevan Dedopali
prospekti, Moskva prospekti, Nikoloz Barataşvili körpüsü və Ədliyyə
Evi ərazisi, Ağmaşenebeli prospekti, Tsereteli prospekti,
Vake-Saburtalo mərkəzi küçələri, Marşal Qelovani prospekti,
Ağmaşenebeli xiyabanı, "Saracişvili" metrosu ətrafı və s.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.