Tbilisi meri Kaxa Kaladze, eyni zamanda hakim “Gürcü Arzusu”
partiyasının baş katibi olaraq, binalara, mədəni irs abidələrinə və
dövlət qurumlarının binalarına yazı yazanlar üçün cərimələrin
artırılmasını tələb edir.
O, bələdiyyə hökumətinin iclasında bildirib ki, bu təşəbbüslə
Parlamentə müraciət edəcək.
“Son iki il ərzində beş minə yaxın
fakt qeydə alınıb. Bu, binalar, mədəni irs abidələri, dövlət
qurumlarının binaları, metro çıxışları, dayanacaqlar və s. ilə
bağlıdır”, — deyə Kaxa Kaladze bildirib.
O əlavə edib ki, problemin həllinə Daxili İşlər Nazirliyi də cəlb
olunacaq.
“İnzibati Xətalar Məcəlləsinin” 1662-ci maddəsinə əsasən, “sahə,
yol, park, xiyaban, yeraltı keçidlərdə yerləşən
infrastruktur/avadanlıq və ya ictimai istifadəyə aid digər
obyektlərin, o cümlədən yol nişanları, işıqforlar, xarici müşahidə
kameralarının qəsdən zədələnməsi və ya məhv edilməsi” 1000 lari
məbləğində cərimə ilə cəzalandırılır.
Tbilisi küçələrində, binalarda, dövlət qurumlarının binalarında və
dayanacaq meydançalarında yüzlərlə yazı qeydə alınıb. Onların bir
hissəsi pro-avropa aksiyaları zamanı “Gürcü Arzusu” partiyasının
siyasətini tənqid edən mesajlar olub.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.