Parlamentdə “Gürcü Arzusu” fraksiyasının üzvü İrakli Kadaqişvili
bildirib ki, Ermənistanla Azərbaycan arasında yükdaşımalar
başlanacağı halında da Gürcüstan öz iqtisadi funksiyasını
itirməyəcək.
O, Parlamentdə jurnalistlərə deyib ki, “35 illik müharibənin başa
çatması, sözsüz ki, ticarət, logistika və qarşılıqlı hərəkət
imkanlarını açdı”.
“Gürcüstan heç bir funksiyasını itirmir. Cənubi
Qafqazda yaranmış bu sülh imkan verəcək ki, region güclü inkişaf
məkanına çevrilsin.
Sülhdə pozitiv axtarın, müharibədə deyil.
Yəni siz deyirsiniz ki, Ermənistanla Azərbaycan arasında müharibə
olduğu və heç bir iqtisadi əlaqə mövcud olmadığı üçün Gürcüstan
tranzit baxımından müəyyən funksiyanı icra edirdi?! İndi isə sülh
yaranıb, tərəflər arasında ticarət, hərəkət və tranzit olacaq deyə,
Gürcüstan funksiyasını itirdi?!” – deyə İrakli
Kadaqişvili bildirib.
Davos İqtisadi Forumunda iştirak edən Azərbaycan və Ermənistan
prezidentləri 20 yanvarda bəyan ediblər ki, hazırda Gürcüstan
ərazisindən keçməklə daşınan yüklər gələcəkdə iki ölkə arasında
birbaşa daşınacaq. Hazırda bu cür yüklərin həcmi azdır.
Gürcüstan bu il də Davos İqtisadi Forumunda iştirak etmir. “Gürcü
Arzusu” hökumətinin baş naziri İrakli Kobaxidze, 2025-ci ildə
olduğu kimi, bu il də foruma dəvət olunmayıb.
2026-cı ildə Forum iştirakçıları arasında ABŞ Prezidenti Donald
Tramp, Kanada Baş naziri Mark Karni, Almaniya kansleri Fridrix
Mers, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen,
Ukrayna Prezidenti Volodimir Zelenski və digər ölkələrin yüksək
vəzifəli rəsmiləri, beynəlxalq təşkilatların təmsilçiləri var.
Bundan əlavə, tədbirdə 1700 biznes lideri və vətəndaş cəmiyyəti
nümayəndəsi iştirak edir.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.