Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili tələb edir ki,
“Gürcü Arzusu” onu həbsxanadan da olsa debatlara qoşulmağa dəvət
etsin.
Xüsusilə, Saakaşvili baş nazir İrakli Kobaxidzenin həmin
açıqlamasına münasibət bildirib; Kobaxidze demişdi ki, insanlara
debatlarda iştirak etmək imkanı yenidən verilməlidir.
“İvanişvilinin əsas vəziri hansı debatdan danışır, əgər xalqın
əksəriyyətinin dəstəklədiyi əsas rəqibi, yəni məni həbsdə
saxlayırlar və hətta “məhkəməyə” gələnlərə mənim bütün şəkillərimi
sildirdilərsə...
Əgər İvanişvili qorxmursa, qoy məni hətta həbsxanadan canlı
debatlara qoşsunlar! Amma nəyi danışıram – məhkəmələrdən canlı
qoşulmanı belə qadağan etdilər”, – Saakaşvili
yazıb.
Xatırladaq ki, baş nazir İrakli Kobaxidze sosial şəbəkədə yazıb ki,
gələcəkdə gürcü xalqı düzgün analiz əsasında qərar verə bilsin
deyə, hakimiyyətdə olmaq iddiası olan bütün siyasi qrupların
mövqeyini açıq şəkildə eşitmək imkanı olmalıdır.
“Biz gürcü xalqına demokratiyanın əsas prinsiplərindən biri olan –
debatlarda iştirak etmək hüququnu geri qaytarmağa borcluyuq və
qeyri-formal güclərə və onların “gürcü” agenturasına öz
gündəliklərini bizə zorla qəbul etdirməyə imkan verməməliyik. Biz
ictimai müzakirəni yenidən ictimai həyatın ayrılmaz hissəsinə
çevirməliyik, çünki bu, tam demokratik sistemin işləməsi üçün
həyati əhəmiyyət daşıyır”, – deyə baş nazir qeyd
edib.
Kobaxidzenin sözlərinə görə, qeyri-formal oliqarxik idarəetmə
planının məqsədi fərqli fikri boğmaq, debat üçün bütün məkanları
məhv etmək və onların ideologiyasını ifşa edə biləcək platformaları
maksimum dərəcədə məhdudlaşdırmaq idi. Bu proses Gürcüstanı da
müəyyən qədər təsirləndirib, lakin fərq ondadır ki, “dərin
dövlətin” agenturası yalnız bir şeyi – ölkədə illərlə formalaşmış
siyasi, iqtisadi və sosial debat mədəniyyətinin dayanmasını
bacarıb.
Onun sözlərinə görə, qeyri-formal idarəçilərin bu tapşırığının
həyata keçirilməsinin əsas “bayraqdarına” Nika Qvaramia çevrilib —
“ona himayədarları tərəfindən tam radikallaşma tapşırılmışdı”.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.