Avropa İttifaqı (Aİ) İranın daxili işlər nazirinə, 14 digər aparıcı
rəsmiyə etirazların zorakılıqla yatırdılmasındakı roluna görə
sanksiyalar təklif edib.
AzadlıqRadiosu bu haqda sənədləri görüb.
İranda dekabrın 28-də başlanan milli valyutanın kəskin
ucuzlaşmasına etirazlar sonra rejimə qarşı nümayişlərə çevrilib,
amma qanlı şəkildə yatırdılıb.
Aİ-nin xarici işlər nazirləri yanvarın 29-da Brüsseldə
görüşəcəklər. Onlar İran rəsmilərinə qarşı aktivlərin dondurulması,
viza
qadağaları kimi tədbirlər tətbiq edə bilərlər.
Əsas hədəfdə daxili işlər naziri İsgəndər Mömini, İslam İnqilab
Keşikçiləri Korpusunun (SEPAH) təhlükəsizlik bölmələridir. Onlar
yüzlərlə etirazçının ölümündə günahlandırılırlar.
Baş prokuror Məhəmməd Müvəhhidi Azad nümayişçiləri iğtişaşlarda
"Allaha qarşı ədavət" ittihamı ilə ölüm cəzasıyla hədələdəyinə görə
sanksiyaya məruz qala bilər.
Ali baş komandan müavini olan Mömini isə "küçə etirazlarını boğan"
qüvvələrə komandanlıq edib, - Aİ-nin sənədində deyilir.
ABŞ-də yerləşən HRANA insan haqları təşkilatı yanvarın 22-də 4 min
900-dən çox ölümün təsdiqləndiyini, onlardan 201-nin təhlükəsizlik
qüvvələri olduğunu bildirib. 9 min 300-dən çox ölüm isə
araşdırılır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.