Yanvarın 22-si axşam Rusiya prezidenti Vladimir Putin Kremldə ABŞ
prezidentinin xüsusi elçisi Stiv Uitkoff və onun kürəkəni Cared
Kuşner ilə görüşüb.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə,
görüşün əsas nəticəsi Moskva, Kiyev və Vaşinqton nümayəndələrinin
iştirakı ilə Əbu-Dabidə işçi qrupun üçtərəfli iclasının
keçirilməsinin razılaşdırılması olub. Həmin görüş bu gün, yanvarın
23-nə planlaşdırılıb. Rusiya nümayəndə heyətinə
admiral İqor
Kostyukov rəhbərlik edəcək. Birbaşa İnvestisiyalar Fondunun rəhbəri
Kirill Dmitriyev də orada olacaq, o, Uitkoffla danışıqlar
aparacaq.
Uşakovun vurğulamasına görə, "ərazi məsələsini Ankoricdə
razılaşdırılmış formulaya uyğun çözmədən uzunmüddətli həll yoluna
ümid etməyə dəyməz".
Zelenski Trampdan daha çox havadan müdafiə sistemi
istəyib
Ukrayna prezidenti Volodimir Zelenski yanvarın
22-də Davosda ABŞ prezidenti Donald Trampdan daha çox "Patriot"
raketləri, digər havadan müdafiə sistemləri istədiyini deyib.
Zelenski yanvarın 23-24-də Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ)
Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında üçtərəfli
danışıqların keçirilməsi ehtimalını da səsləndirib.
Tramp və Zelenski Davosda Dünya İqtisadi Forumunda bir saat
görüşüblər. Tramp görüşün müsbət keçdiyini söyləyib: "Prezident
Zelenski ilə görüş yaxşı keçdi. Nəticələrini görəcəyik".
O, jurnalistlərə deyib ki, Putinə mesajı belədir: "Müharibə
bitməlidir".
Zelenski forumda çıxışında bildirib ki, əsas mesajı Rusiyanın raket
və dron hücumlarına qarşı Ukraynanın əlavə müdafiəyə ehtiyacının
olmasıdır. Bu hücumlar nəticəsində 1 milyondan çox insan işıqsız və
istiliksiz qalıb, temperatur isə 0-dan aşağıdır.
"Prezident Trampa son sözlərim belə oldu: Hava
müdafiəsini unutmayın, "Patriot"ları unutmayın. Bu qış bu, bizim
üçün çox vacibdir", – Zelenski deyib.
Uitkoff: Ukrayna sülh danışıqlarında "bircə məsələ" qalır
ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff yanvarın 22-də Davosda Dünya
İqtisadi Forumunda Ukrayna sülh təşəbbüsləri haqda optimist
danışıb. O, səhər yeməyində deyib ki, "artıq sona çatmışıq.
Əslində, nikbinəm".
Bu arada danışıqlar bir daha sürət yığmağa başlayıb. ABŞ prezidenti
Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski Davosda
görüşməlidirlər. Uitkoff isə günün sonuna yaxın Moskvaya yola
düşür.
"Bunu artıq bir məsələyə endirmişik, bu məsələni
müzakirə etdik, deməli, həll edilə bilər. Beləliklə, hər iki tərəf
bunu həll etmək istəyirsə, bunu həll edəcəyik", –
Uitkoff bildirib.
O, konkret hansı məsələnin çətinlik yaratdığını deməyib. Amma bir
gün öncə prezident Tramp sülh danışıqlarının çətinliklərini dilə
gətirmişdi: "Çox vaxt Rusiya ilə bir razılaşma əldə edirik, Rusiya
hazırdır, amma prezident Zelenski bunu etmir. O, Oval Ofisdə olanda
gördünüz, məmnun deyildim. Sonra prezident Zelenski razılaşmaq
istəyir, amma Putin istəmir".
Yanvarın 17-18-də Ukrayna təmsilçiləri Mayamidə ABŞ nümayəndələri
ilə görüşüb. Onların 800 milyard dollara qədər iqtisadi yardımı
müzakirə etdikləri bildirilir.
19 yanvar
ABŞ-Ukrayna danışıqları razılaşmasız bitib
Floridada iki günlük danışıqlarda Ukraynanı təmsil edən Rustem
Umerov yanvarın 18-də sosial mediada yazıb ki, "ədalətli və davamlı
sülh əldə etmək, Ukraynanın təhlükəsizlik təminatlarını və növbəti
addımları razılaşdırmaq üçün işi davam etdirəcəyik".
Umerov Ukraynanın əsas tələblərindən birinin ABŞ və Avropadan
təhlükəsizlik təminatları olduğunu vurğulayıb.
Umerov danışıqları "məzmunlu" adlandırıb, iqtisadi inkişaf və rifah
planının müzakirə edildiyini bildirib. ABŞ-ni danışıqlarda
prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və prezident Donald
Trampın kürəkəni Cared Kuşner təmsil edir.
Tramp 2025-ci ilin noyabrında Ukrayna prezidenti Volodimir
Zelenskiyə çoxlarının Rusiyanın xeyrinə saydığı 28 maddəlik sülh
təklifini qəbul etməsi üçün təzyiq göstərib. Ukrayna isə Avropa
tərəfdaşları – Böyük Britaniya, Fransa və Almaniya ilə alternativ
plan hazırlamağa çalışıb. Onların təklif etdiyi 20 maddəlik planda
Ukrayna üçün təhlükəsizlik təminatları, ərazi bütövlüyü nəzərə
alınıb.
Tramp bugünlərdə Zelenskinin sülh müqaviləsini Rusiya prezidenti
Vladimir Putindən daha çox əngəllədiyini iddia edib. Zelenski isə
bu ittihamı rədd edib.
"Aydındır ki, ABŞ müharibəni sabah bitirmək istəyir.
Biz isə bu müharibəni bu gün bitirmək istəyirik. Hər ikimiz buna
maraq göstəririk. Və başa düşürük ki, müharibənin sona çatmamasının
səbəbi Rusiyadır", - o deyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.