'Bloomberg': ABŞ ÜST-dən çıxıb, 260 milyon dollar borcunu ödəməyib
ABŞ Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) rəsmən çıxıb və təxminən 260 milyon dollarlıq borcunu ödəməyib. Xəbəri "Bloomberg" agentliyi yayıb.

Qurumdan çıxma prosesinin 2026-cı il yanvarın 22-də tamamlandığı bildirilir. ABŞ prezidenti Donald Tramp 2025-ci ilin yanvarında prezidentlik postuna keçən kimi ÜST ilə əlaqələri kəsməyə qərar verib, səbəb kimi qurumun COVID-19 pandemiyasına reaksiyasında səhvləri göstərib.

ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin məlumatına görə, ÜST-nin təşəbbüslərinə bütün maliyyə və kadr dəstəyi dayandırılıb, amerikalılar qurumun bütün ofislərindən və qərargahından geri çağırılıb. ABŞ həmçinin təşkilatın rəhbər orqanlarında və işçi qruplarında iştirakını dayandırıb.

Konqresin 1948-ci il qətnaməsinə görə, təşkilatdan çıxmaq üçün ABŞ bir il əvvəl bildiriş verməli, bütün borcları ödəməlidir. ABŞ Səhiyyə və Sosial
Xidmətlər Nazirliyinin yüksəkvəzifəlisi agentliyin jurnalistlərinə deyib ki, qanunda təşkilatdan çıxmadan öncə borcun ödənilməsi tələbi yoxdur.

"Verilən vədlər yerinə yetirilib. ÜST amerikalıların həyatını xilas edə biləcək vacib məlumatların vaxtında və dəqiq mübadiləsinə mane oldu, sonra bu uğursuzluqları "ictimai sağlamlıq maraqları" adı altında gizlətdi", – dövlət katibi Marko Rubio və səhiyyə naziri Robert Kennedinin bəyanatında vurğulanıb.

Bəyanatda ABŞ-nin ölkələrlə və "nüfuzlu səhiyyə qurumları" ilə işləyəcəyi vurğulanır.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google