Strasburq Məhkəməsi 2024-cü il Parlament seçkiləri ilə bağlı şikayətə baxmağa başlayıb

“Gürcüstanın Gənc Hüquqşünaslar Assosiyasının” (GGHA) sədri Tamar Onianinin açıqlamasına görə, Strasburq İnsan Hüquqları Məhkəməsi 2024-cü il Parlament seçkiləri ilə bağlı təqdim olunmuş şikayətə baxmağa başlayıb.


O, bu barədə 23 yanvar tarixində təşkilatın ofisində keçirilən brifinqdə məlumat verib.

Onun sözlərinə görə, məhkəmə bu işə “əhəmiyyətli təsirə malik iş” statusu verə bilər.

“Tərəfimizdən təqdim edilən şikayətdə göstərilmişdi
ki, seçkilərin keçirilməsi zamanı seçki administrasiyasının öz öhdəliklərini lazımi şəkildə yerinə yetirməməsi səsvermənin gizliliyi prinsipinin kütləvi şəkildə pozulmasına səbəb olub. Bundan əlavə, seçki şikayətlərinə baxılarkən effektiv hüquqi mexanizmlərdən istifadəyə dair hüquq pozulub. GGHA həmçinin şikayətdə qeyd edirdi ki, Gürcüstan qanunvericiliyində mövcud olan və vətəndaşların seçki şikayəti vermək imkanını məhdudlaşdıran “blanket norma” İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tələblərinə uyğun deyil”,
– Tamar Oniani bildirib.

GGHA şikayəti Strasburq Məhkəməsinə 2025-ci ildə, Gürcüstanda məhkəmə instansiyalarının tam keçirilməsindən sonra göndərib.

Onun izahına görə, işə Avropa Konvensiyasının 1-ci Əlavə Protokolunun 3-cü maddəsi (azad seçki hüququ) və 13-cü maddəsi (effektiv hüquqi müdafiə vasitəsi hüququ) çərçivəsində baxılır.

“Məhkəmə həmçinin qiymətləndirəcək ki, xaricdə kifayət qədər seçki məntəqəsinin açılmaması səsvermə hüququnun pozulmasına səbəb olubmu. Dövlətə 2026-cı il 15 may tarixinədək öz mövqeyini təqdim etmək üçün vaxt müəyyən olunub”, – Oniani deyib.

Onun sözlərinə görə, Strasburq Məhkəməsinin işə bu qədər qısa müddətdə baxılmağa qəbul etməsi, prosesə prioritet verildiyini göstərir.
Bu isə, onun fikrincə, “2024-cü ilin 26 oktyabr seçkilərində aşkarlanan gizlilik qaydasının sistemli şəkildə pozulmasını və seçki qanunvericiliyindəki çatışmazlıqları beynəlxalq səviyyədə qiymətləndirmək imkanı yaradır”.

Dövlətin mövqeyini təqdim etməsi üçün son müddət – 15 may 2026

“Tamar Onianinin bildirdiyinə görə, dövlət Strasburq Məhkəməsinin suallarına cavab verməli və elektron texnologiyalarla keçirilmiş məntəqələrdə azad seçki prinsipinin qorunub-qorunmadığını əsaslandırmalıdır. Həmçinin, seçki günü istifadə edilən elektron səs sayma cihazlarının iş prinsipi gizli səsvermə hüququnu pozub-pozmadığına dair mövqeyini təqdim etməlidir”.

Seçki baryerini aşan müxalif partiyalar, vətəndaş cəmiyyətinin bir hissəsi və Gürcüstanın beşinci prezidenti 2024-cü il 26 oktyabr parlament seçkilərinin nəticələrini tanımadı. Rəsmi nəticələrə görə, hakim “Gürcü Arzusu” partiyası səslərin 53.932%-ni toplamışdı.

2024-cü il seçkiləri

2024-cü il 26 oktyabr Parlament seçkiləri Gürcüstan tarixində ilk tam proporsional sistemlə keçirilən seçkilər idi. Səs verənlərin böyük əksəriyyəti elektron sistemlərdən istifadə etmişdi.

Bu seçkilər ölkədə ikinci böyük siyasi böhran dalğasının başlanğıcı oldu və Avropaya inteqrasiya və ədalətli seçkilər tələbi ilə fasiləsiz etirazlara səbəb oldu.

Seçkilərin öncəsi dövrdə qəbul edilən “agentlər haqqında qanun”, hakimiyyətin anti-Qərb ritorikası və digər siyasi proseslər seçkilərə xüsusi yük vermişdi.

Səsvermə günü media və müşahidəçilər çoxsaylı pozuntular qeydə almışdılar, o cümlədən:
• səsvermənin gizliliyinin pozulması – bülletenlərin arxa hissəsindəki ləkələr vasitəsilə seçicilərin seçimi görünürdü;
• seçicilərə təzyiq və hədələmə;
• seçki məntəqələrində müşahidəçilərin fəaliyyətinə mane olmaq və digər hallar.

Seçkilərin etibarlılığı ATƏT/ODIHR tərəfindən də ciddi sual altına alınıb.

ATƏT 2020-ci il seçkiləri haqqında yazırdı:
“Gürcüstan parlament seçkiləri rəqabətli idi və bütövlükdə əsas hüquqlara hörmət çərçivəsində keçirildi.”
Lakin 2024-cü il seçkilərinə dair 20 dekabrda yayımlanan 53 səhifəlik hesabatda qeyd olunur:
• “Seçkilər son dövrdə qəbul olunmuş qanunvericiliyin fundamental azadlıqlara və vətəndaş cəmiyyətinə təsiri, seçki institutlarının müstəqilliyini zəiflədən addımlar və seçicilərə təzyiq fonunda keçirildi. Bütün bunlar səsvermə günü qeydə alınan hallarla birləşərək bəzi seçicilərin qisas qorxusu olmadan səs vermək imkanını ciddi şəkildə məhdudlaşdırdı.”
• “Seçki komissiyaları və məhkəmələrin seçki günü və sonrakı dövrdə şikayətləri əsaslı şəkildə araşdırmaması, texniki səbəblər və zəif əsaslandırmalarla şikayətlərin rədd edilməsi prosesin düzgün keçirilməsini və səhvlərin effektiv aradan qaldırılması imkanını zədələdi.”

Rustaveli prospektində 2023-cü ilin noyabrından bəri ikinci seçki keçirilməsi və Qərpyönlü etirazlarda saxlanılanların azad olunması tələbilə aksiyalar davam edir.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google