Ötən il cərimələrdən büdcəyə təxminən 472 milyon lari daxil olub

2025-ci ildə əvvəlki illə müqayisədə cərimə və sanksiyalardan büdcəyə daxil olan vəsait 87,361 milyon lari artıb.


Yalnız yol-hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrdən büdcəyə ildə 58,792 milyon lari əlavə daxil olub.

Daha konkret desək, Gürcüstanın vahid büdcə gəlirlərinə (konsolidasiya edilmədən) əsasən, 2025-ci ilin yanvar-dekabr aylarında sanksiya, cərimə və digər ödənişlərdən daxilolma 471.998.210 lari təşkil
edib, halbuki 2024-cü ilin eyni dövründə bu göstərici 384.636.890 lari olub.

Məlumatlara görə, 2025-ci ildə büdcəyə daxil olan 471,998 milyon lari vəsaitdən 394,602 milyon lari administrativ pozuntulara görə tətbiq olunan cərimələrdən gəlir. Müqayisə üçün, əvvəlki il bu göstərici 324,011 milyon lari idi.

Bununla yanaşı, yol hərəkəti qaydalarının pozulmasına görə büdcəyə daxil olan vəsaitin həcmi də artıb. Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ildə yol hərəkəti qaydalarını pozduğuna görə tətbiq olunan cərimələrdən büdcəyə 276.885.325 lari daxil olub, 2024-cü ildə isə bu göstərici 218.092.463 lari olub.


Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google