İnterpolun qırmızı bülleteni ilə axtarılan Türkiyə vətəndaşı Batumidə saxlanılıb
Daxili İşlər Nazirliyinin Sərhəd Polisi əməkdaşları Batumi şəhərində keçirilən operativ-axtarış tədbirləri nəticəsində 1974-cü il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı A.G.-ni saxlayıblar. O, Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən xüsusilə ağır cinayət — qəsdən adam öldürmə faktı ilə bağlı İnterpolun qırmızı bülleteni əsasında beynəlxalq axtarışda olub.

Məlumata görə, saxlanılan şəxs 2021-ci ildə, hələ beynəlxalq axtarış elan olunmamışdan əvvəl, Gürcüstanın dövlət sərhədini qanunsuz
şəkildə keçib. Bu faktla bağlı o, Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsi ilə məsuliyyətə cəlb edilib.

Hazırda saxlanılan şəxs barəsində qanunvericiliklə nəzərdə tutulmuş ekstradisiya prosedurları aparılır.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google