Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ekoloji
Nəzarət Departamentinin əməkdaşları brakonyerliyə qarşı mübarizə
çərçivəsində
2025-ci il yanvarın 1-dən dekabrın 31-dək ölkə üzrə qanunsuz balıq
ovunun 805 faktını aşkar ediblər. Müəyyən olunan qayda
pozuntularından 368 halda cinayət tərkibi əlamətləri mövcuddur və
müvafiq materiallar sonrakı reaksiya üçün aidiyyəti qurumlara
göndərilib.
Statistikaya əsasən, qanunsuz balıq ovunun ən çox qeydə
alındığı
region Mtsxeta–Mtianeti olub — 230 fakt. Sameqrelo–Yuxarı Svaneti
regionunda 127, İmeretidə 117, Kvemo Kartlidə 98, Şida Kartlidə 57,
Kaxetidə 45, Acarıstan və Quriya regional idarəsinin ərazisində 43,
Samtsxə–Cavaxetidə isə 15 fakt aşkarlanıb.
2025-ci il ərzində Departamentin Qara dənizin mühafizəsi üzrə
konvensiya idarəsinin əməkdaşları tərəfindən qanunsuz balıq ovunun
64 faktı müəyyən edilib.
Paytaxt Tbilisidə isə ötən il ekoloji patrul və operativ reaksiya
əməkdaşları qanunsuz balıq ovunun 9 faktını qeydə alıblar. Onlardan
7 halda cinayət tərkibi əlamətləri aşkar olunub.
Nazirliyin məlumatına görə, brakonyerlər tərəfindən qanunsuz əldə
edilən balığın ümumi həcmi 700 kiloqramdan çox olub.
Ekoloji Nəzarət Departamenti üçün qanunsuz balıq ovunun qarşısının
alınması, aşkarlanması və profilaktikası əsas prioritetlərdən
biridir. Son illərdə departamentin gücləndirilməsi istiqamətində
ardıcıl işlər görülür. Bu çərçivədə müasir avadanlıqların alınması,
elektron sistemlərin tətbiqi, əməkdaşların iş şəraitinin
yaxşılaşdırılması, regional ofislərin tikintisi və bərpası, eləcə
də kadrların nəzəri və praktiki biliklərinin artırılması həyata
keçirilir.
Bununla yanaşı, sosial şəbəkələrdə yayılan foto və videolara xüsusi
diqqət yetirilir və hüquq-mühafizə orqanları bu materiallara dərhal
reaksiya verir. Brakonyerliyə qarşı mübarizədə artıq yüksək keçid
qabiliyyətli avtomobillər, bagilər, müxtəlif qayıq və katerlər,
dronlar, foto-tələlər və termal dürbünlər aktiv şəkildə istifadə
olunur. Departamentin imkanlarının artırılması və müasir
texnologiyaların tətbiqi nəticəsində qanunsuz balıq ovu faktlarının
24 saat ərzində və daha geniş ərazilərdə aşkarlanması mümkün
olub.
Qurumun izahına görə, son illərdə aşkarlanan faktların artması
nəzarətin gücləndirilməsi ilə bağlıdır. 2024-cü ildə departament
653 fakt müəyyən edib, onlardan 275-i cinayət tərkibli olub.
2025-ci ildə isə əməkdaşlar ölkə üzrə daha çox ərazidə, əvvəlki
illə müqayisədə 152 fakt artıq qanunsuzluğun qarşısını alıb və
aşkarlayıblar.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.