"12-ci Eskadron" adı ilə tanınan Britaniya-Qətər Krallığı Hava
Qüvvələri eskadronu "Typhoon" qırıcıları ilə Fars körfəzinə
göndərilib.
Məlumatı Böyük Britaniyanın Müdafiə Nazirliyi yanvarın 22-də
açıqlayıb.
Nazirlik bildirir ki, bu yerləşdirmə Qətər hökumətinin dəvəti ilə
gerçəkləşdirilib, "güclü və davamlı müdafiə əlaqələrini nümayiş
etdirmək", regional sabitliyi qorumaq məqsədi güdür.
"12-ci Eskadron"un Qətərə müntəzəm göndərildiyi, birgə təlim və
məşqlərə qatıldığı vurğulanır.
"USS Abraham Lincoln" təyyarədaşıyanı da yaxın günlərdə Yaxın Şərqə
çatacaq. Nüvə mühərrikli bu təyyarədaşıyan Cənubi Çin dənizindən
gəlir, onu eskadra və mühafizə gəmiləri, kreyser müşayiət edir.
Tramp deyir ki, ABŞ hərbi donanması İrana doğru
gedir
ABŞ prezidenti Donald Tramp yanvarın 22-də deyib ki, ölkəsinin
hərbi donanması İrana doğru gedir, amma ümid edir, ondan istifadə
etməli olmayacaq.
"Reuters" anonimlik şərti ilə danışan ABŞ rəsmilərinə istinadla
yazır ki,
"USS Abraham Lincoln" təyyarədaşıyanı, bir neçə raket
esminesi yaxın günlərdə Yaxın Şərqə çatacaq.
Bir rəsminin sözlərinə görə, Yaxın Şərq üçün əlavə havadan müdafiə
sistemləri nəzərdən keçirilir, bunlar İranın regiondakı ABŞ
bazalarına zərbələrinə qarşı vacib sayılır.
"Xeyli gəmimiz o tərəfə gedir... İstəməzdim nəsə baş
versin, amma onları diqqətlə izləyirik", – Tramp
Davosdan ABŞ-yə qayıdarkən "Air Force One" təyyarəsində
jurnalistlərə deyib.
"Həmin istiqamətə yol alan hərbi donanmamız var, ola
bilsin, ondan istifadə etməyək", – Tramp başqa bir
məqamda deyib.
İranda dekabrın sonundan başlanan kütlə etirazlarda minlərlə insan
öldürülüb. Tramp İran rejimini hədələmişdi ki, etirazçılara qarşı
zorakılıq baş versə, müdaxilə edəcəklər. Ancaq sonradan o, sərt
ritorikasından əl çəkib, məhbusların edamını dayandırdığını deyib.
Trampın iddiasına görə, İran 840-dək edamı təxirə salıb.
"Reuters" yazır ki, ABŞ ordusu əvvəllər də gərginlik artdığı
vaxtlarda Yaxın Şərqdə qüvvələri periodik artırıb, bu addımlar daha
çox müdafiə xarakterli olub. Amma ötən ilin iyununda İranın nüvə
proqramına zərbələrdən öncə ABŞ ordusu qüvvələrini cəmləmişdi.
Tramp deyib ki, iyun zərbələrindən sonra Tehran nüvə proqramını
bərpa edərsə, Birləşmiş Ştatlar hərəkətə keçəcək.
Ölü sayı 20 mini ötə bilər
İranda etirazlarda ölü sayı 20 mindən yuxarı ola bilər. Bunu
BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Mai Sato
deyib.
"ABC News"a müsahibəsində məruzəçi bildirib ki, etirazlarda azı 5
min dinc sakin öldürülüb. Amma onun İrandakı həkimlərdən aldığı
məlumatlar bu sayın 20 mindən yuxarı ola biləcəyini göstərir.
ABŞ-də yerləşən HRANA təsdiqlənmiş ölü sayının 5 mindən yuxarı
olduğunu, 9 min 787 ölümün araşdırıldığını bildirir. Azı 7 min 391
nəfər ağır xəsarətlər alıb. HRANA etirazlarda 26 min 852 nəfərin
saxlanıldığını vurğulayır.
BMT-nin İnsan Haqları Şurası yanvarın 23-də İranda etirazçılara
qarşı "təşviş yaradan" zorakılığı müzakirə etmək üçün fövqəladə
iclas keçirəcək. "Reuters" yazır ki, bir qrup ölkə BMT
təhqiqatçılarını gələcək məhkəmələr üçün iddia olunan pozuntuları
sənədləşdirməyə çağıracaq.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.