Tbilisi meriyası 231 idmançını mükafatlandırıb – proqramın büdcəsi 1,2 milyon lari təşkil edir

Tbilisi meriyası 231 idmançını mükafatlandırıb.


Təntənəli mərasim Tbilisi meriyasının Mədəniyyət, Təhsil, İdman və Gənclərlə İşlər Şəhər Xidmətinin təşkilatçılığı ilə keçirilib.

Bələdiyyənin məlumatına görə, Avropa və dünya çempionatlarında fərqlənən, müxtəlif idman növlərində nailiyyətlər göstərmiş idmançılara Tbilisi Bələdiyyəsinin adından pul mükafatları və simvolik hədiyyələr təqdim olunub.

Tədbirdə Tbilisi meri Kaxa Kaladze müavini İrakli Bendeliani ilə birlikdə iştirak edib və ictimaiyyətə müraciət
edib. Onun sözlərinə görə, Tbilisi meriyası müxtəlif proqramlar vasitəsilə bu sahəni genişləndirir və dəstəkləyir, çünki idmanın inkişafı bələdiyyə üçün prioritet məsələdir.

“Öz gündəlik həyat tərzimlə çalışıram ki, mümkün qədər çox insana motivasiya verim ki, sağlam həyat tərzi ilə məşğul olsunlar. Hər kəsin peşəkar idmançı olması vacib deyil, amma idmanla məşğul olmaq, sağlam həyat tərzi sürmək, ilk növbədə, sağlamlığımız üçün vacibdir. Buna görə gələcəkdə də idmanın bütün sahələrinə dəstək göstərəcəyik. Mərkəzi hakimiyyət tərəfindən həyata keçirilmiş mühüm layihələri də vurğulamaq istəyirəm və ölkə baş naziri İrakli Kobaxidze-yə təşəkkürümü bildirirəm; o, idmanın böyük tərəfdarıdır. Əlbəttə, infrastruktura layihələri və müxtəlif təşviqedici proqramlar olmasa, son iki ildə əldə etdiyimiz nəticələr mümkün olmazdı. Bu istiqamətdə işimizi davam etdirməliyik”, — deyə mer bildirib.

Bugünkü tədbirdə qaliblər beş nominasiya üzrə müəyyən edilib: ilin ən yaxşı kişi idmançısı Sandro Bazadze, ilin ən yaxşı qadın idmançısı Eter Liparteliani, ilin ən yaxşı kişi idmançısı Qiorqi Kaldani, ilin ən yaxşı qadın idmançısı Nino Tibilaşvili, ilin ən yaxşı layihəsi isə “Tbilisi Məktəb Liqası” seçilib.

Uğurlu Tbilisi idmançılarının mükafatlandırılması tədbiri 2018-ci ildən həyata keçirilir. Bu müddət ərzində Tbilisi Bələdiyyəsi 931 idmançını təltif edib. Cari ilin proqramının büdcəsi 1 297 000 lari təşkil edir.

Mənbə: BusinessMedia


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google