Quşçuluğun İnkişafı Assosiasiyasının üzvü olan şirkətlər -
"Savaneti", "Dila", "Koda" və "Kumisi" yumurtanın qiymətini 5%
ucuzlaşdırmaq qərarına gəliblər.
İstehsalçıların bəyanatına görə, bu addım Baş nazir İrakli
Kobaxidzenin ölkədə ərzaq məhsullarının qiymətlərinin endirilməsi
ilə bağlı təşəbbüsünə əsaslanır.
Şirkətlər izah edirlər ki, qiymət endirimi müəyyən maliyyə
riskləri daşıyır, çünki məhsulun dəyəri dünya bazarındakı xammal
qiymətlərindən birbaşa asılıdır. İlin əvvəlində xərclərin artması
səbəbindən yumurtanın qiyməti artsa da, istehsalçılar bildirirlər
ki, dövlət siyasətini dəstəkləməyə və əhalinin sosial vəziyyətinin
yaxşılaşdırılmasına töhfə verməyə hazırdırlar.
Assosiasiya üzvləri ümid edirlər ki, hökumət ticarət şəbəkələri
(pərakəndə satış sektoru) ilə də fəal işləyəcək ki, mağazalarda
qiymət artımları azalsın və məhsul istehlakçılar üçün daha əlçatan
olsun.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.