Kvemo Kartlidə əhalinin 10.3 faizi pensiya alır
Gürcüstan əhalisinin 24%-i pensiyadadır – bu, Gürcüstan Statistika Xidmətinin 2025-ci il üçün açıqladığı məlumatlardan görünür.
Məlumatlara görə, ölkədə pensiya alanların sayı 888,5 min nəfər təşkil edib. Eyni mənbədən aydın olur ki, Gürcüstanda ümumi əhali 3 704 500 nəfərdir.

“2025-ci ildə Gürcüstanda pensiya alanların sayı 888,5 min nəfər olub, onların 70,4%-i qadın, 29,6%-i isə kişidir.
Pensiya alanların 30,7%-i Tbilisidə, 15,5%-i İmeretidə, 10,3%-i Kvemo Kartlida, 10,2%-i Sameqrelo-Zemo Svanetidə, 8,5%-i Kahetidə, qalan bölgələrdə isə ümumilikdə 24,8%-dir”,
– məlumatda belə göstərilir.

Bundan əlavə, Sakstat bildirir ki, sosial paket alanların sayı 187,8 min nəfər olub, onların 32,8%-i qadın, 67,2%-i isə kişidir. Sosial paket təyinatının əsas səbəbləri: 69,5% məhdud imkanlılıq, 17,5% müharibə iştirakçısı, 10,9% ailəsini itirmiş üzv və 2,1% digərdir. Məhdud imkanlılıq statusuna malik sosial paket alanların sayı 134,7 min nəfər olub. Sosial paket alanların 27,6%-i Tbilisidə, 15,6%-i İmeretidə, 12,6%-i Acarıstanda, 9,3%-i Sameqrelo-Zemo Svanetidə, qalan bölgələrdə isə ümumilikdə 34,9%-dir.

“2025-ci ildə məqsədli sosial yardım proqramı üzrə qeydiyyatda olan ailələrin sayı 397,1 min nəfər təşkil edib. Əsas dolanışıq yardımı alan ailələrin sayı 129,5 min, dövlət proqramı çərçivəsində ictimai məşğulluğun dəstəkləndiyi və sosial cəhətdən müdafiə olunmuş statusu qorunan ailələrin sayı isə 54,8 min nəfər olub. Bölgələr üzrə ən çox qeydiyyatda olan ailə Tbilisidədir – 79,6 min, onların 33,5 min nəfəri yardım alır”, – Sakstat-ın hesabatında bildirilir.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google