Batumi Dram Teatrı rejissor Qeqa Qaqnidzenin "DARK WEB"
tamaşasının premyerasını ləğv edib, cəmiyyətin bir hissəsi bunu
senzura kimi qiymətləndirir.
Teatr administrasiyası rəsmi səbəb kimi "subyektiv siyasi akt"
gözləntisini göstərib və bəyan edib ki, siyasətin səhnəyə
gətirilməsi "incəsənət çərçivəsindən kənara çıxır".
Qərar premyeraya cəmi iki gün qalmış, 7 fevral tarixinə
təyin edilmiş tamaşanın biletləri tam satıldığı bir vaxtda qəbul
edilib. Qeyd edək ki, Qeqa Qaqnidzenin müəllif tamaşası rəqəmsal
dünyada zorakılıq və qəddarlıq mövzularını araşdırırdı. Rejissor
özü isə Avropayönümlü nümayişləri və həbs olunmuş aktyorları açıq
şəkildə dəstəkləyir.
Senzura əlamətlərinə teatrın idarəetmə siyasəti də işarə edir —
2025-ci ilin dekabrından teatra aktyor Kote Mjavia rəhbərlik edir,
o, bu vəzifədə "Gürcü Arzusu"nun keçmiş deputatı Nukri Kantariyanı
əvəz edib. Teatrın direktorunu Acarıstan Mədəniyyət Nazirliyi təyin
edir. Administrasiya tamaşaçılara biletlərin pulunu qaytaracağını
vəd edir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.