Azərbaycan və İran müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Prezident İlham Əliyev fevralın 6-da İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadəni qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı bildirib ki, İran prezidenti ilə telefon danışığı zamanı qeyd etdiyi kimi, Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır və bu gərginliyin aradan qaldırılması üçün öz dəstəyini göstərməyə hazırdır.

Azərbaycana İran prezidentinin göstərişi ilə gəldiyini
deyən nazir də Məsud Pezeşkianın Azərbaycana böyük təəssübkeşlik nümayiş etdirdiyini vurğulayıb.

Söhbət zamanı iki ölkə arasında dostluq, qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin inkişafı qeyd olunub, müdafiə sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin gələn həftə Ermənistana və Azərbaycana səfəri gözlənilir.

31 yanvar
Əliyev Pezeşkiana Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfəyə hazır olduğunu bildirib
Yanvarın 31-də Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Məsud Pezeşkiana zəng edib.

president.az-ın məlumatına görə, söhbət zamanı Əliyev bölgədə yaranmış vəziyyətin narahatlıq doğurduğunu ifadə edərək Azərbaycanın gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bildirib. O, ölkəsinin bu kimi məsələlərin danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həllinin tərəfdarı olduğunu vurğulayıb.

"İki ölkə arasında dostluq, qardaşlıq əlaqələrinin müxtəlif aspektləri və gələcək birgə addımlar barəsində fikir mübadiləsi aparılıb, təmasların davam etdirilməsi barədə razılıq əldə olunub", - məlumatda bildirilir.

Prezidentin köməkçisi: 'Azərbaycan özünü iki 'dünya müharibəsi' arasında sıxılmış hiss edir'
ABŞ-nin İrana zərbə vurub-vurmayacağı ilə bağlı qeyri-müəyyənlik qonşu Azərbaycanda narahatlıq doğurur, lakin rəsmi Bakı bu məsələni Vaşinqtonla müzakirə etməyib.

Bunu Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev "The National" nəşrinə müsahibəsində bildirib.

"Vəziyyət proqnozlaşdırılmazdır, bundan yarana biləcək bütün təhdid və çağırışları düzgün qiymətləndirmək çətin olacaq", - o əlavə edib.

Hacıyev vurğulayıb ki, Azərbaycan öz narahatlığını Vaşinqtona çatdırmayıb: "Biz bu məsələni Birləşmiş Ştatlar ilə müzakirə etmirik, onlar da bu mövzunun müzakirəsi üçün heç vaxt bizimlə əlaqə saxlamayıblar".

Onun sözlərinə görə, Azərbaycan özünü iki "dünya müharibəsi" arasında sıxılmış hiss edir: "Bir tərəfdə Rusiya–Ukrayna müharibəsi, digər tərəfdə isə ABŞ-nin iştirakı ilə İsrail və İran arasındakı qarşıdurma".

Bayramov Əraqçi ilə danışıb: Azərbaycan öz ərazisindən İrana hücuma imkan verməyəcək
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İrandan olan həmkarı Abbas Əraqçiyə deyib ki, ərazilərindən onların ölkəsinə qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək. O, bunu yanvarın 29-da İranın xarici işlər naziri ilə telefon danışığı zamanı söyləyib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, C.Bayramov bölgədə son gərginliyin narahatlıq doğurduğunu, bütün tərəflərin İranda və onunda ətrafında qeyri-sabitliyə səbəb ola biləcək addımlardan çəkinmələrinin zəruriliyini hər zaman vurğulandıqlarını bildirib. Mövcud problemləri yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq, diplomatik yollarla həll etməyin vacib olduğu diqqətə çatdırılıb.

"Azərbaycan Respublikasının hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu İrana və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsinə heç vaxt imkan verilməyəcəyi xüsusi vurğulanıb", - məlumatda əlavə edilib.

Xatırlatma
ABŞ prezidenti Donald Tramp İranı nüvə proqramını dayandırması üçün hərbi zərbə ilə hədələyib, "nəhəng" hərbi donanmanın Fars körfəzinə yollandığını bildirib.

Bundan əvvəl, ötən ilin iyununda ABŞ İranın nüvə obyektlərinə zərbələr endirmişdi. İstər ABŞ, istərsə də bir sıra Qərb ölkələri hesab edirlər ki, Tehranın nüvə proqramı dünyaya təhdid yaradır. Prezident Tramp həmin vaxt vurğulamışdı ki, İran sülhə gəlməlidir: "Bunu etməsələr, gələcək hücumlar daha böyük və xeyli asan olacaq".

İran rəsmiləri isə, əksinə, özlərinin də sülh istədiklərini vurğulayırlar.

Azərbaycanın İranla münasibətləri 2023-cü ilin əvvəlində Tehrandakı səfirliyə hücumdan sonra xeyli gərginləşmişdi. Həmin il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücumda səfirliyin bir əməkdaşı həlak olub, ikisi xəsarət almışdı. Amma son vaxtlar iki ölkənin münasibətlərində müəyyən yaxınlaşma müşahidə edilir. Hətta onlar birgə hərbi təlimlər də keçiriblər.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.




Print Email
FaceBook Twitter Google