Çikaqodakı federal prokurorlar iki Qazaxıstan vətəndaşına ittiham
irəli sürüblər.
Onlar "Medicare" proqramı, tibbi sığorta ilə bağlı mürəkkəb
dələduzluq sxemlərinin təşkilində suçlanırlar. Dövlət
proqramlarına, özəl sığorta şirkətlərinə 1 milyard dollardan artıq
zərər dəydiyi bildirilir. Xəbəri cwbchicago.com internet nəşri
yayıb.
Anuar Abdraxmanov Kentukki ştatında "Priority One Medical
Equipment" adlı şirkətə nəzarəti ələ keçirməkdə ittiham olunur.
İttihamnaməyə görə, o, 2024-cü ilin
mart-avqust aylarında
"Medicare" proqramı çərçivəsində təxminən 666 milyon dollarlıq
saxta ərizə təqdim edib, qlükoza səviyyəsinin fasiləsiz monitorinqi
üçün cihazlar, kateterlər istənilib.
Abdraxmanov 2023-cü ilin mayında ABŞ-yə yay mövsümü üçün iş vizası
ilə daxil olub. Vizanın müddəti 2023-cü ilin sentyabrında bitsə də,
o, ölkədə qalıb. Şirkəti əvvəlki sahibi satandan sonra Abdraxmanov
2024-cü ilin aprelində "Priority One" şirkətinin üzvünə və
menecerinə çevrilib.
2024-cü ilin may-avqust aylarında "Medicare" proqramı "Priority
One" şirkəti ilə bağlı təxminən 250 şikayət alıb. Şikayətçilərin
çoxu bildiriblər ki, şirkət onlara heç vaxt heç bir mal və ya
xidmət təqdim etməyib. İllinoys ştatında "Medicare" proqramının
altı üzvü deyib ki, onlara qlükozanın fasiləsiz monitorinqi
cihazları və kateterlərlə verildiyi deyilsə də, "Priority One"dan
hər hansı diabet ləvazimatı istəməyiblər, almayıblar, heç diabet
xəstəsi olmayıblar.
1 milyon dollarlıq çeki itirib, tapanda 2 min dollar bonus alıb
Təhqiqatçılar şirkətin Kentukkidəki ofisinin bağlı, boş olduğunu
görüblər. Ofisə işə götürülən əməkdaşların yeganə işi poçtu
toplamaq, onu şəxsən heç vaxt görüşmədikləri rəhbərə Telegram
üzərindən göndərməkdən ibarət olub. Bir əməkdaşın istintaqa
dediyinə görə, bir dəfə 1 milyon dollarlıq çeki itirib, sonra onu
tapanda 2 min dollarlıq bonus alıb.
"Medicare" 2024-cü ilin iyulunda "Priority One" şirkətinə
ödənişləri dayandırıb, "Medigap" sığorta şirkətləri isə ərizələr
üzrə 450 min dollar ödəyib. Abdraxmanovun Honkonqdakı hesaba 182
min dollar köçürdüyü, digər xarici hesablara isə azı 200 min dollar
köçürməyə çalışdığı bildirilir.
Tair Smaqul adlı qazaxıstanlı isə Çikaqoda yaşayıb. O, "Medicare"
proqramı çərçivəsində irimiqyaslı dələduzluqla əldə olunmuş
pulların yuyulmasında iştirakda ittiham edilir. "Medical Home Care
Inc." şirkəti vasitəsilə 953 milyon dollar məbləğində 470 minə
yaxın ərizə göndərilib. İstintaqın dindirdiyi şəxslər isə bu
şirkətdən kateter almadıqlarını deyiblər.
2024-cü ilin yanvar-fevral aylarında "Medigap" sığorta şirkətləri
"Medical Home Care"in göndərdiyi ərizələr üzrə azı 854 min
dollarlıq ödəniş edib.
ABŞ Ədliyyə Departamentinin bugünlərdə yaydığı xəbərə görə,
Nyu-Yorkda yaşayan azərbaycanlı bank əməkdaşı səhiyyə sahəsində
dələduzluqla 8 milyon dollardan artıq vəsaitin yuyulmasında
iştirakını etiraf edib. Sxemin transmilli mütəşəkkil cinayətkar
dəstənin xeyrinə ABŞ bankı vasitəsilə gerçəkləşdirildiyi
bildirilir.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.