Avropa İttifaqına (Aİ) mümkün üzvlük qərarı erməni xalqının
seçimidir.
Amma Yerevan Aİ-nin dəyişən xarakterini, iqtisadi blokdan
hərbi-siyasi bloka çevrildiyini nəzərə almalıdır. Bunu Rusiya baş
nazirinin müavini Aleksey Overçuk deyib.
"Ermənilər hazırda Rusiya Federasiyasına qarşı çox
aqressiv mövqedə olan hərbi-siyasi bloka qoşulmağa hazırdırlarmı?
Ermənilər bu sualı da özlərinə verməli olacaqlar", –
Overçuk deyib.
O, Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların, belə imkan
yaranarsa, uzun illər çəkəcəyini, Yerevanın Aİ ilə Avrasiya
İqtisadi Birliyi arasında seçim etməli olacağını vurğulayıb.
A.Overçuk ötən il bir neçə dəfə Ermənistana Aİ-yə qoşulmaq cəhdləri
ilə
bağlı xəbərdarlıq edib. O, iki inteqrasiya birliyinə eyni
vaxtda üzvlüyün bir-birinə uyğun gəlmədiyini deyib.
Baş nazir Nikol Paşinyan isə Ermənistanın Aİ üzvlüyünə yönəlik
səyləri gücləndirmək niyyətini açıq bəyan edib.
18 dekabr
Overçuk yenə Yerevanda olub, bir həftə öncə xəbərdar
etmişdi
Dekabrın 17-də Rusiya baş nazirinin müavini Aleksey Overçuk
Yerevana səfər edib. O, Rusiya-Ermənistan hökumətlərarası iqtisadi
əməkdaşlıq komissiyasının növbəti iclasına qatılıb.
AzadlıqRadiosunun erməni xidməti bu səfərdən bir həftə öncə
Overçukun Ermənistana Avropa İttifaqına (Aİ) qoşulmaq cəhdləri ilə
bağlı xəbərdarlıq etdiyini yada salır.
Ermənistan hökumətinin məlumatına görə, Overçuk və erməni həmkarı
Mher Qriqoryanın həmsədrlik etdiyi komissiya iki ölkə arasında
ticarət, iqtisadi, mədəni və humanitar münasibətləri nəzərdən
keçirib, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişafı
üçün növbəti addımları müəyyənləşdirib. Bəyanatda əlavə detallar
verilməyib.
Rusiya tərəfi də görüşlə bağlı eyni məzmunlu açıqlama yayıb.
Overçuk dekabrın 11-də jurnalistlərə demişdi ki, Rusiya-Ermənistan
ticarət dövriyyəsi bu il təxminən iki dəfə azalaraq 6 milyard
dollara düşə bilər. Onun sözlərinə görə, Moskva - Yerevan
gərginliyi fonunda Rusiya şirkətləri Ermənistanla işləməyə
ehtiyatlı yanaşırlar.
Təhlilçilərin fikrincə, ikitərəfli ticarətdə kəskin azalmanın əsas
səbəbi Ermənistanın Rusiyadan qızıl və almazın dünya bazarlarına
ixracı üçün tranzit rolunu dayandırması ilə bağlıdır. Amma Rusiya
hələ də Ermənistanın ən vacib ticarət tərəfdaşı olaraq qalır. Bu
ilin birinci yarısında ölkənin xarici ticarət dövriyyəsinin 35
faizdən çoxu Rusiyanın payına düşüb, Aİ-nin payı isə 12 faiz olub.
Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür ki, bu da ona
Rusiya bazarına gömrüksüz çıxış imkanı verir.
"Fikrimizcə, iki inteqrasiya birliyinə eyni vaxtda üzvlük
bir-birinə uyğun gəlmir. Müəyyən bir mərhələdə Ermənistan xalqı
seçim etməli olacaq", – Overçuk deyib.
Rusiya baş nazirinin müavini oxşar xəbərdarlığı Yerevana avqust
səfərindən sonra da səsləndirib. Amma baş nazir Nikol Paşinyan
sentyabrda Ermənistanın Avropa İttifaqına üzvlüyünə yönəlik səyləri
gücləndirmək niyyətini açıq bəyan edib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.