Oman danışıqları başlayıb
Omanda İran və ABŞ rəsmiləri arasında kritik danışıqlar başlayıb.

ABŞ-nin nümayəndə heyətinə Stiv Uitkoff, İran təmsilçilərinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir.

Danışıqların dəqiq gündəmi bəlli deyil. Amma Vaşinqtonun son günlər hərbi gəmilərini Yaxın Şərq sularına göndərməsi dəqiqdir.

"Bu danışıqlar getdiyi vaxtda İran rejiminə xatırlatmaq istəyirəm ki, prezidentin ixtiyarında diplomatiyadan başqa
xeyli seçim var, o, dünya tarixində ən güclü ordunun ali baş komandanıdır",
– Ağ evin mətbuat katibi Kerolayn Livitt fevralın 5-də jurnalistlərə deyib.

Əraqçi görüşdən öncə sosial media postunda yazıb ki, Tehran danışıqlara "yaxşı" inamla gedir, danışıqlar bərabər əsasda keçirilməlidir.

"Bərabər mövqe, qarşılıqlı sayqı, qarşılıqlı inam ritorika deyil, davamlı razılaşmanın tələbi, sütunlarıdır", – o yazıb.

Əraqçi Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə səhər görüşəndən sonra jurnalistlərə söyləyib ki, "İran ABŞ-nin aşırı tələbləri və avantürasından özünü qorumağa hazırdır".

Tərəflər arasında son konfrontasiya İranda iki həftə çəkən iğtişaşlar fonunda yaranıb. İnsan haqları qrupları minlərlə etirazçının öldürüldüyünü bildirir. Tramp isə İranı etirazçıların həbs, yaxud edam olunacağı halda vurmaqla hədələmişdi.

Tramp hərbi variantları açıq saxlayır, amma həm də İranın nüvə proqramını cilovlamağa çalışır. Tehran nüvə proqramının dinc məqsədli olduğunu bildirir.

Vaşinqton Türkiyədə çoxtərəfli sammit keçirməkdə, Tehran isə Omanda ikitərəfli görüşdə israr edirdi. Regional tərəfdaşların müdaxiləsindən sonra ABŞ Məsqətə razılaşıb.

Dövlət katibi Marko Rubio fevralın 4-də deyib ki, ABŞ danışıqların yalnız nüvə üzrə aparılmasında maraqlı deyil.

Rubio həmçinin İran rəhbərliyi ilə xalqı arasında kəskin xətt çəkərək deyib ki, "İranın dini səviyyədə rəhbərliyi İran xalqını əks etdirmir".


Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google