İtaliyanın xarici işlər naziri Antonio Tayani nazirliyin xarici
təmsilçilikləri, olimpiya obyektləri,
Kortina-d'Ampezzodakı otellərin saytlarına kiberhücumların
qarşısının alındığını bəyan edib. Bu haqda ANSA və "Reuters" xəbər
yayıb.
Nazir hücumları "Rusiya mənşəli fəaliyyətlər" adlandırıb. O, başqa
detal açıqlamayıb. Tayaninin sözlərinə görə, İtaliya XİN bu haqda
digər bütün dövlət qurumlarını məlumatlandırıb.
"France24" İtaliya XİN-ə istinadla yazır ki, hücumlar təxminən
120
obyekti, o cümlədən İtaliyanın Vaşinqtondakı səfirliyini də əhatə
edib. Beynəlxalq Olimpiya Komitəsinin (BOK) ictimaiyyətlə əlaqələr
üzrə direktoru Mark Adams qurumun təhlükəsizlik məsələlərini şərh
etmədiyini bildirib.
Hücuma görə məsuliyyəti rusiyapərəst "NoName057(16)" haker qrupu
götürüb.
"İtaliya hökumətinin ukraynapərəst siyasəti
nəticəsində ukraynalı terrorçulara dəstəyi DDoS-hücumlarımızla
cəzalandırırıq", – ANSA qrupun Telegram-dakı
bəyanatından sitat gətirib.
2025-ci ilin iyulunda "Avroyust" (Avropa Ədliyyə İdarəsi) bildirib
ki, "NoName057(16)" qrupu Avropa üzrə kritik infrastruktura
çoxsaylı DDoS-hücumlara görə məsuliyyət daşıyır. Qurum yeddi nəfər
barəsində həbs orderi verib, beş şübhəlinin məlumatlarını
açıqlayıb. "Agentstvo"nun araşdırmasına görə, onların hamısı Rusiya
vətəndaşıdır. Onlardan ikisi – Mixail Burlakov və Maksim Lupin
"Gənclərin Araşdırma və Şəbəkə Monitorinqi Mərkəzi" adlı İT qrupuna
rəhbərlik edir. Bu mərkəz Rusiya prezidenti Vladimir Putinin
tapşırığı ilə "gəncləri destruktiv məzmundan qorumaq" məqsədilə
yaradılıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.