Rusiyanın QRU kimi tanınan Baş Kəşfiyyat İdarəsində ikinci şəxs
sayılan general Moskvada güllələnərək yaralanıb.
Müstəntiqlər hadisənin sui-qəsd olduğunu deyirlər.
İstintaq Komitəsinin məlumatına görə, general-leytenant Vladimir
Alekseyev fevralın 6-da bir neçə dəfə, o cümlədən kürəyindən
güllələnib, xəstəxanaya yerləşdirilib. Onun durumu
açıqlanmayıb.
Komitə silahlıların hadisə yerindən qaçdığını bildirir.
Təsdiqlənməmiş media məlumatlarına görə, Alekseyev mənzilindən
çıxarkən yaşadığı binanın pilləkənində
güllələnib.
Alekseyev QRU-nun komandan müavinidir. Müdafiə Nazirliyinin bu
kəşfiyyat qurumu diversiya, sui-qəsd, casusluq və kiberhücumlar ilə
ad çıxarıb.
London Alekseyevin adını 2018-ci ildə Britaniyada keçmiş rus casusu
Sergey Skripalın "Noviçok" qazı ilə zəhərlənməsi ilə bağlı çəkib.
Həmin hadisədə zəhərə təsadüfən məruz qalan bir britaniyalı qadın
ölüb.
Generalların ölümü
Alekseyevin gerçəkdən
sui-qəsdə tuş gəldiyi təsdiqlənsə, bu, son illər Moskvada
yüksəkrütbəli hərbçilərə hücumlar silsiləsinin davamı olar.
Bu hücumlarla bağlı əsasən Ukrayna kəşfiyyat qurumlarından
şübhələnirlər. Son illər onlar Rusiyada bir sıra diversiya və
sui-qəsd əməliyyatları gerçəkləşdiriblər.
Dekabrda Baş Qərargahın əməliyyat hazırlığı idarəsinin rəisi,
general-leytenant Fanil Sarvarov Moskva yaxınlığında avtomobilinin
altında bomba partlaması nəticəsində həlak olub.
Səkkiz ay öncə isə Baş Qərargahın əməliyyat idarəsinin rəis
müavini, general-leytenant Yaroslav Moskalik Moskva yaxınlığında
avtomobil partlayışında öldürülüb.
2024-cü ildə Rusiyanın nüvə və kimyəvi silahlardan mühafizə
qüvvələrinə cavabdeh zabit Moskvadakı yaşayış binasının qarşısında
elektrik skuteri partladılaraq öldürülüb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.