Milli Qida Agentliyi Tbilisidə 9 yemək müəssisəsinin istehsal prosesini dayandırıb

Milli Qida Agentliyinin Tbilisi departamentinin inspektorları paytaxtda ictimai iaşə obyektlərini yoxlayıblar.



Dövlət nəzarəti çərçivəsində 20-yə yaxın obyekt yoxlanılıb. Onlardan 9-da kritik uyğunsuzluqlar aşkar edilib, nəticədə biznes operatorları cərimələnib və istehsal prosesi dayandırılıb.

Kritik uyğunsuzluqlar aşağıdakı obyektlərdə aşkarlanıb:

  • MMC “Cosmo Inc”, brend adı Fire Wok (VÖEN 402029185; ünvan: Tbilisi, Dadiani 20)
  • Fərdi sahibkar H.S. (ünvan: Qiuli
    Çoxonelidze küç. N16)
  • MMC “Miao Jia” (ünvan: Tabukaşvili küç. 6)
  • MMC “Iomi 1977” (VÖEN 404747716; ünvan: Qamrekeli 3)
  • Fərdi sahibkar D.K., yemək obyekti, brend adı Evil Wok (ünvan: Tbilisi, Diğomi massivi, III kv., 35 saylı korp.)
  • MMC “R N A Enterprise” (ünvan: Sh. Nutsubidze 2)
  • MMC “Al Madina Cave” (ünvan: Tetelaşvili küç. 2)
  • MMC “Yoko Asia”, kafe-bar restoran (VÖEN 405727129; ünvan: Çavçavadze küç. N19)
  • MMC “Flem Catering Management”, Çin restoranı “Bambu” (VÖEN 405649794; ünvan: Tbilisi, Budapeşt 32)

Nəzarət zamanı kritik uyğunsuzluqlardan əlavə, etiketləmə qaydalarının pozulması, iqtisadi fəaliyyətlər reyestrində qeydiyyat və agentlikdən tələb olunan icazə olmadan fəaliyyət göstərilməsi, müddəti keçmiş ərzaq və izlənilə bilmə qaydalarının pozulması halları da aşkarlanıb. Bu uyğunsuzluqlara görə biznes operatorları qanunvericiliyə uyğun cərimələnib və tövsiyələr verilib.

Milli Qida Agentliyi dövlət nəzarətini bütün Gürcüstan üzrə hər gün həyata keçirir. 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google