İşğal olunmuş Abxaziyada fəaliyyət göstərən rus daxili
pasportunun (şəxsiyyət vəsiqəsinin) verilməsi məntəqəsinin işi
dayandırılacaq.
Bu barədə məlumatı Suxumidə yerləşən "Rusiyanın səfirliyi"
açıqlayıb.
Bəyanatda bildirilir ki. Rusiya daxil pasportlarının verilməsi
məntəqələri 2026-cı ilin yanvarında "abxaz vətəndaşları üçün daha
rahat şərait yaratmaq məqsədilə", tərəflərin 2022-ci ildə imzaladığ
və 2025-ci ilin 25 aprelində qüvvəyə minmiş "ikili vətəndaşlıq
məsələlərinin həlli haqqında" razılaşmaya
əsasən. Rusiya prezidenti
Vladimir Putinin qərarı ilə açılmışdı. Bundan əlavə, 2025-ci ildə
işğal olunmuş Abxaziyada rus sürücülük vəsiqələrinin
rəsmiləşdirilməsi məntəqəsi də fəaliyyətə başlamışdı.
"Abxaz siyasi xadimləri, o cümlədən Xalq Yığıncağının
deputatları, qeyd olunan məntəqələrin fəaliyyətinin qanuniliyini
sual altına qoyduqları üçün Abxaziva Respublikasının suverenliyinə
hörmətlə yanaşan Rusiva tərəfi onların fəaliyyətini dayandırmağa
məcbur qalır. Bu səbəbdən həmin sənədlərin verilməsi Abxaziya
Respublikası vətəndaşları üçün Rusiya Federasiyasının ərazisinə
keçiriləcək", - bəyanatda deyilir.
İşğal olunmuş Abxaziyanın qondarma "hakimiyyəti" hələlik bu
açıqlamaya münasibət bildirməyib.
İşğal altındakı Abxaziyada rus daxili pasportlarının verilməsinin
qanuniliyi qondarma "parlament"ın bəzi üzvləri tərəfindən də şübhə
altına alınırdı. Onların arasında Rusivanın barəsində axtarış elan
etdiyi Kan Kvarçis, həmçinin Telegram kanallarının məlumatına görə,
5 fevralda Rostov-Don şəhərində saxlanılmış vəkil İrakli Bjinava da
var.
2022-ci ilin sonunda Avropa İttifaqı Şurası Rusiyanın Ukraynanın
işğal olunmuş regionlarında və Gürcüstanın separatçı ərazilərində
"verdivi rus səfər sənədlərinin" tanınmaması barədə yekun qərar
qəbul etmişdi.
Bundan əvvəl Avropa Parlamenti də Rusiyanın "Ukraynanın və
Gürcüstanın qanunsuz işğal olunmuş regionlarında" verdivi
pasportları və digər səfər sənədlərini tanımamaq qərarını
təsdiqləmişdi.
Gürcüstan və ölkənin beynəlxalq tərəfdaşları Abxaziya və Tsxinvali
bölgəsini/Cənubi Osetiyanı Rusiya Federasiyası tərəfindən işğal
olunmuş ərazilər kimi qiymətləndirirlər. Bu qondarma "dövlətlərin"
müstəqilliyini yalnız Rusiya, Nikaraqua, Venesuela, Suriva və Nauru
tanıyır.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.