27 yaşlı gəncin qətli ilə bağlı 2 xüsusi təyinatlı polis
əməkdaşı saxlanılıb.
Söhbət 2024-cü ilin dekabrında Tbilisidə baş vermiş qətldən gedir.
Həmin vaxt 27 yaşlı Mişo Kavtaradze yaşadığı binanın həyətində
qətlə yetirilib. Hadisə zamanı Mişo Kavtaradzenin atası və ailənin
iki qonşusu da yaralanıb. Hadisəni əks etdirən video görüntülər
mövcuddur.
Xüsusi təyinatlı polis əməkdaşları hadisədən bir ildən çox vaxt
keçdikdən sonra – fevralın 5-də saxlanılıblar. “TV Pirveli”nin
məlumatına görə, saxlanılan şəxslər Tornike Qoqidze və Otar
Maranelidir. Prokurorluq “Netgazet”ə bildirib ki, onlar Gürcüstan
Cinayət Məcəlləsinin 225-ci maddəsinin 2-ci hissəsi (qrup halında
zorakılıqda iştirak) ilə ittiham olunurlar.
Qətlə yetirilən gəncin anası “TV Pirveli”yə bildirib ki, xüsusi
təyinatlılar qrup zorakılığına görə deyil, qətldə iştirak
etdiklərinə görə saxlanılmalı idilər.
Onun sözlərinə görə, hadisə yerinə soyuq silahı məhz xüsusi
təyinatlılar gətiriblər. Daha sonra Mişo Kavtaradze xüsusi
təyinatlılardan biri Tornike Qoqidzenin qardaşı – Datо Qoqidze
tərəfindən yaralanıb. Dato Qoqidze hadisədən dərhal sonra isti
izlərlə saxlanılıb.
“Bir ildən sonra da olsa, saxladıqları üçün təşəkkür edirəm. Amma
onları yalnız qrup zorakılığına görə saxlayıblar, qətldə şəriklik
maddəsi yoxdur. Tələb edirəm ki, ittiham yenidən tövsif edilsin.
Hadisə ilk gündən düzgün araşdırılmayıb. Əgər əvvəlcədən bütün
iştirakçılar saxlanılsaydı, sübutlar da tapılardı. Təəssüf ki, iş
ört-basdır edildi. Xüsusi təyinatlıların məsuliyyətdən yayınmasına
çalışdılar.
Həmin şəxs mənim yaralı, huşsuz oğlumun üstünə çıxıb və onu
amansızcasına döyüb. Tornike Qogidze elə həmin gün saxlanılmalı
idi, bir il sonra yox. O isə bu müddət ərzində işləməyə davam
edirdi. Daha bir neçə nəfər də azadlıqdadır və onların da
saxlanılmasını tələb edirəm”, – deyə Mişo
Kavtaradzenin anası bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.