“Beynəlxalq Şəffaflıq – Gürcüstan” təşkilatının məlumatına görə,
Korrupsiyanın Qavranılması İndeksində Gürcüstanın reytinqi 3 bal
azalıb.
Təşkilatın dərc etdiyi 2025-ci il üzrə Korrupsiyanın Qavranılması
İndeksinin (CPI) nəticələrinə əsasən, Gürcüstanın balı 3 vahid
azalaraq 50-yə düşüb.
“Beynəlxalq Şəffaflıq – Gürcüstan”ın izahına görə, 100 ballıq şkala
üzrə 50 orta nəticə hesab olunur. Gürcüstan bu qədər aşağı balı
sonuncu dəfə 2013-cü
ildə almışdı. Buna baxmayaraq, ölkə Şərqi
Avropa və Mərkəzi Asiya regionunda yenə də birinci yeri
qoruyur.
“Korrupsiyanın Qavranılması İndeksi əsasən hər hansı
ölkənin dövlət sektorunun korrupsiyaya nə dərəcədə həssas olduğunu
ölçür. Məsələn, xırda rüşvətxorluğun nə qədər yayılmış olduğunu
göstərir. Gürcüstanın orta bal toplaması onu göstərir ki, ölkədə
xırda rüşvətxorluq geniş yayılmayıb. Lakin indeks dövlətin ələ
keçirilməsi və kleptokratiya kimi korrupsiyanın daha mürəkkəb
formalarını ölçmür. Gürcüstanda korrupsiya baxımından əsas problem
məhz bunlardır.
Korrupsiyanın Qavranılması İndeksi 181 ölkədə aparılır. Ölkələr 100
ballıq sistemlə qiymətləndirilir; burada 100 müsbət, 0 isə mənfi
nəticə sayılır.
2025-ci ilin nəticələrinin müşayiətedici təhlilinə görə,
Gürcüstanın balının azalması və nəticə etibarilə korrupsiya
riskinin artması birbaşa demokratiyanın geriləməsi və ölkədə
avtoritarizmin güclənməsi ilə əlaqələndirilir.
Gürcüstan nümunəsində açıq görünür ki, demokratik geriləmə
korrupsiya risklərini birbaşa artırır. Hakim partiyanın qəbul
etdiyi qondarma “xarici agentlər haqqında” qanun və qrantlar
haqqında qanun antidemokratik tədbirlər kimi qiymətləndirilir. Bu
qanunlar qeyri-hökumət təşkilatlarının legitim fəaliyyətini
kriminallaşdırır və müstəqil aktorları xarici agent kimi təqdim
edir.
Partiya həmçinin fərqli fikrə qarşı siyasi motivli cinayət
təqiblərini, medianın məhdudlaşdırılmasını, qeyri-hökumət
təşkilatlarının bank hesablarının dondurulmasını, eləcə də
etirazçılar və jurnalistlərin zorakılıqla dağıdılmasını
gücləndirib.
2024-cü ildə mübahisəli seçkilərdən və Avropa İttifaqı ilə
inteqrasiya danışıqlarının dayandırılmasından sonra beynəlxalq
müşahidəçilər Gürcüstanda avtoritar istiqamətə dönüş barədə
danışırlar. Bu proses müxalif partiyaların qadağan edilməsi və
dövlət qulluğu, polis və məhkəmə sistemi üzərində siyasi nəzarətin
gücləndirilməsi cəhdləri ilə özünü göstərir. Bu isə korrupsiya
risklərini ciddi şəkildə artırır və ümumilikdə Gürcüstan
cəmiyyətinə zərər vurur.
2012-ci ildən etibarən CPI göstəriciləri əhəmiyyətli dərəcədə
azalan ölkələrin təxminən üçdə ikisində söz, birləşmə və toplaşmaq
azadlıqlarının məhdudlaşdırılması istiqamətində narahatedici
tendensiyalar müşahidə olunur.
Son on il ərzində Gürcüstan, İndoneziya, Peru və Tunis kimi
ölkələrdə qeyri-hökumət təşkilatlarının fəaliyyətinə siyasi
müdaxilə nəticəsində hökumətlər maliyyəyə çıxışı məhdudlaşdıran və
ya hökuməti yoxlayan və tənqid edən təşkilatların birbaşa
bağlanmasına yönəlmiş yeni qanunlar qəbul ediblər. Bu proses çox
vaxt böhtan kampaniyaları və təhdidlərlə müşayiət olunur.
Belə bir şəraitdə müstəqil jurnalistlər, vətəndaş cəmiyyəti
təşkilatları və ifşaedicilər üçün korrupsiya barədə sərbəst
danışmaq daha çətinləşir, korrupsiyaya bulaşmış vəzifəli şəxslərin
isə səlahiyyətlərindən sui-istifadə riski artır”, –
deyə “Beynəlxalq Şəffaflıq – Gürcüstan”ın bəyanatında
bildirilir.
Mənbə: İnterPressNews
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.