Şuaxevidə qeydə alınmamış taxta emalı sexi aşkarlanıb

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitin Mühafizəsinə Nəzarət Departamentinin Acara və Quriya regional idarəsinin

əməkdaşları, Daxili İşlər Nazirliyinin Şuaxevi rayon polis əməkdaşları ilə birgə keçirdikləri əməliyyat nəticəsində Şuaxevi bələdiyyəsinin Papoşvilebi kəndində qeydiyyatsız mişar sexi aşkar ediblər.

Araşdırma zamanı müəyyən edilib ki, vətəndaşın zirzəmisində lent tipli mişar qurğusu quraşdırılıb. Fakt cinayət tərkibi əlamətləri daşıdığı üçün istintaqa
Şuaxevi rayon polis idarəsində başlanılıb.

Qanunsuz meşə istifadəsinə qarşı mübarizə çərçivəsində departament müasir texnologiyalardan fəal şəkildə istifadə edir və sanksiyalar da sərtləşdirilib. Görülən bütün bu tədbirlər nəticəsində son illərdə qanunsuz meşə istifadəsi halları azalır. 2024-cü ildə departament 93 qeydiyyatsız mişar sexi aşkarlayıbsa, 2025-ci ildə bu göstərici 62-yə enib.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google