Ermənistan ABŞ-dan 11 milyon dollar dəyərində V-BAT tipli
pilotsuz uçuş aparatları (kəşfiyyat dron texnologiyası) alacaq.
Bu barədə fevralın 9-da, İrəvanda Ermənistanın Baş naziri Nikol
Paşinyan və ABŞ-ın vitse-prezidenti Cey Di Vensin birgə mətbuat
konfransında məlumat verilib.
“Baş nazirlə birlikdə bir neçə dəqiqə əvvəl Ermənistan
üçün satacağımız dronların bəzi yeni texnologiyalarını görmək məni
çox sevindirdi. Prezident Tramp çox yaxşı bilir ki, sülhü təmin
etməyin ən yaxşı yolu real çəkindiricilik yaratmaqdır, real
çəkindiriciliyin ən yaxşı yolu isə dünyada ən yaxşı hərbi
texnologiyaya sahib olmaqdır və ABŞ buna malikdir. İlk dəfə olaraq,
11 milyon dollar dəyərində kəşfiyyat dron texnologiyasının
Ermənistana – yaxşı dostumuz və baş nazirimiz üçün böyük hərbi
texnologiya satışını elan edirik.
O, bu texnologiyanı ölkəsinin təhlükəsizliyini təmin etmək və
yaratdığımız sülhün qorunmasına əmin olmaq üçün istifadə edəcək.
Bu, ABŞ üçün daha çox iş yeri və müdafiə texnologiyaları sektoruna
daha çox investisiya deməkdir”, – deyə Cey Di Vens
bildirib.
ABŞ-dan dronların alınması barədə Nikol Paşinyan da danışıb. Onun
sözlərinə görə, bu addım Ermənistan ilə ABŞ arasında hərbi və
müdafiə sahəsində tərəfdaşlığın inkişafında mühüm
irəliləyişdir.
“Təhlükəsizlik sahəsində uzunmüddətli ikitərəfli
əməkdaşlığın və üç il ardıcıl keçirilən ‘Eagle Partner’ hərbi
təlimlərinin davamı olaraq Ermənistan ABŞ-dan V-BAT tipli pilotsuz
uçuş aparatları əldə edib. Onların effektivliyi zəngin istifadə
təcrübəsi ilə təsdiqlənib və bu aparatların ölkəmizin müdafiə
qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə verəcəyinə inanırıq.
Ümid edirəm ki, ABŞ-ın Foreign Military Sales proqramı çərçivəsində
həyata keçirilən bu müqavilə əməkdaşlığın daha da genişlənməsi üçün
əsas olacaq”, – deyə Paşinyan bildirib.
Bundan əlavə, Paşinyan və Vens nüvə enerjisinin dinc məqsədlərlə
istifadəsinə dair saziş də imzalayıblar.
“Bu saziş Ermənistan ilə ABŞ arasında enerji sahəsində
tərəfdaşlığın dərinləşdirilməsi baxımından yeni mərhələ açacaq və
təhlükəsiz, innovativ texnologiyaların tətbiqi yolu ilə
Ermənistanın enerji təhlükəsizliyinin şaxələndirilməsinə kömək
edəcək. Mən həmçinin ABŞ-ın nüvə təhlükəsizliyi sahəsində
Ermənistana göstərdiyi uzunmüddətli dəstəyə görə minnətdarlığımı
bildirdim və hər iki ölkə üçün strateji əhəmiyyət daşıyan sahələrdə
əməkdaşlığın inkişafına hazır olduğumuzu vurğuladım”,
– deyə Paşinyan əlavə edib.
Eyni zamanda, Cey Di Vens mülki nüvə energetikası sahəsində 9
milyard dollara qədər investisiya imkanından danışıb.
“Bu saziş tam təsdiqləndikdən sonra amerikalı və erməni
şirkətləri arasında mülki nüvə layihələri üzrə müqavilələrin
bağlanmasına yol açacaq. Bu, ilkin mərhələdə ABŞ-dan 5 milyard
dollara qədər ixrac, həmçinin yanacaq və texniki xidmət
müqavilələri formasında əlavə 4 milyard dollarlıq uzunmüddətli
dəstək deməkdir. Bu, klassik qarşılıqlı faydalı əməkdaşlıq
nümunəsidir.
Bu, mənim ölkəm üçün daha etibarlı enerji təhlükəsizliyi, eyni
zamanda Ermənistan üçün də daha güclü enerji təhlükəsizliyi
deməkdir. Bundan əlavə, ABŞ-da çoxlu yeni iş yerləri yaradılacaq.
Söhbət kiçik modul reaktorlardan gedir. Amerika texnologiyaları bu
ölkəyə daxil olacaq. Bir daha vurğulayıram ki, bu, bu səviyyədə
investisiya qoymağa kifayət qədər güvəndiyimiz azsaylı ölkələrdən
biridir. Bütün bunlar baş nazirin liderliyi sayəsində mümkün
olur”, – deyə Cey Di Vens qeyd edib.
ABŞ-ın vitse-prezidentinin Cənubi Qafqaza səfəri bu gün başlayıb.
O, Ermənistana həyat yoldaşı və uşaqları ilə birlikdə gəlib. Səfər
çərçivəsində Nikol Paşinyan və Cey Di Vens arasında həm təkbətək,
həm də geniş tərkibdə görüşlər keçirilib. Cey Di Vens Ermənistandan
sonra bu gün Azərbaycana səfər edəcək, lakin Gürcüstana
gəlməyəcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.