Milli Qida Agentliyi iki qanunsuz sallaqxananı bağladı

Milli Qida Agentliyi Acarıstan və İmeretidə quşların qanunsuz kəsimi ilə məşğul olan sallaqxanalar aşkar edib.

Yoxlamalar nəticəsində məlum olub ki, Xelvaçauri və Saçxeredə fəaliyyət göstərən obyektlərdə quşların kəsimi baytarlıq nəzarəti olmadan, antisanitar şəraitdə həyata keçirilib.

Saçxeredə 80 kiloqram şübhəli mənşəli ət müsadirə edilərək möhürlənib. Hər iki biznes operator cərimələnib və nöqsanlar aradan qaldırılana qədər onların fəaliyyəti
dayandırılıb.

"Ato" MMC (Ünvan: Xelvaçauri bələdiyyəsi, Panaskerteli-Sisişvili 29) ferma ərazisində baytarlıq nəzarəti olmadan, sanitar-gigiyenik normaları və texnoloji prosesləri kobud şəkildə pozaraq quş kəsimi həyata keçirirdi. Biznes operatoruna Agentliyin məcburi tanınması verilməmişdi və o, iqtisadi fəaliyyət reyestrində qeydiyyatdan keçmədən fəaliyyət göstərirdi.

Kritik uyğunsuzluqlar Saçxeredə, fərdi sahibkar N.B.-nin (Ünvan: Tamar Mepe N15) quş sallaqxanasında da aşkar edilib. Biznes operatorunun Agentlikdən məcburi tanınması yox idi. Obyektdə baytarlıq nəzarəti olmadan, texnoloji proses və sanitar-gigiyenik normalar pozulmaqla kəsilmiş 80 kq quş əti möhürlənib.

Hər iki biznes operator qanunvericiliyə uyğun olaraq cərimələnib və uyğunsuzluqlar aradan qaldırılana qədər onların istehsal prosesi dayandırılıb.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google