Hökumət Münhen Təhlükəsizlik Konfransına dəvət alıb — Kobaxidze

“Gürcü Arzusu”nun baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, hökumət Münhen Təhlükəsizlik Konfransına dəvət alıb, lakin o özü konfransda iştirak etməyəcək.



Kobaxidze bildirib ki, Gürcüstandan konfransda kimin iştirak edəcəyi daha sonra məlum olacaq.

“Bizim nümayəndəmiz Münhen konfransında olacaq. Hökumətin hansı formatda təmsil olunacağı barədə ictimaiyyət sonradan məlumatlandırılacaq. Ola bilsin ki, Maka Boçorişvili iştirak etsin. Bununla bağlı lazım olan vaxtda məlumat verəcəyik. Mən Münhen konfransında olmayacağam. Hökumət dəvət alıb. Hökumətin nümayəndəsi bu konfransda iştirak edəcək. Sizə deyə biləcəyim budur”, — deyə Kobaxidze jurnalistlərə açıqlayıb.

Münhen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik siyasəti məsələlərinin müzakirə olunduğu dünyanın ən böyük forumudur və 1963-cü ildən keçirilir.

Münhenin 62-ci Təhlükəsizlik Konfransı 2026-cı il fevralın 13–15-də baş tutacaq və burada 50 dövlət və hökumət başçısı iştirak edəcək.

Qeyd edək ki, ötən il “Gürcü Arzusu” hökuməti Münhen konfransına dəvət olunmamışdı. Gürcüstandan Münhen konfransında Salome Zurabişvili və Giorgi Gaxariya iştirak etmişdilər.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən
olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.

Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google