Avropa Komissiyası Avropa İttifaqının tarixində viza siyasəti
üzrə ilk strategiyanı təsdiqləyib.
Bu strategiya Şengen zonasına girişə nəzarətin sərtləşdirilməsini
nəzərdə tutur.
34travel-in məlumatına görə, hazırlanmış strategiyaya əsasən, bu il
vizasız rejimin yenilənməsi planlaşdırılır ki, ondan kimin istifadə
edə biləcəyi daha diqqətlə qiymətləndirilsin. Sənədə əsasən,
həmçinin vizasız girişi olan ölkələrə münasibətdə bu rejimin
sui-istifadəsinin qarşısını almaq məqsədilə nəzarət
gücləndiriləcək.
Viza
məhdudiyyətləri təhlükəsizlik və miqrantların geri
qaytarılması məsələlərində Aİ ilə əməkdaşlıq etməyən ölkələrə qarşı
təsir alətinə çevriləcək. Zərurət yarandıqda, Aİ-nin
təhlükəsizliyinə risk yaradan ölkələrin vətəndaşları üçün viza
verilməsi məhdudlaşdırıla və ya dayandırıla bilər.
Turizm sektorunun nümayəndələri hesab edirlər ki, müəyyən
tənzimləmələr Gürcüstan vətəndaşlarına da şamil oluna bilər.
Turizm sahəsində çalışanların peşəkar ittifaqının sədri Qiorgi
Tetradzenin məlumatına görə, böyük ehtimalla vizasız rejimin tam
ləğvindən söhbət getmir.
“Gürcüstan vətəndaşları üçün daha çox nəzarət və ya
əlavə tənzimləmələr tətbiq oluna bilər. Əvvəlcədən qeydiyyat və
bildiriş göndərmək məcburi ola bilər, lakin düşünmürəm ki, vizasız
gediş-gəliş tamamilə ləğv ediləcək. Məncə, sadəcə müəyyən
sərtləşdirmələr olacaq.
Ayrı-ayrı məhdudiyyətlər mümkündür. Məsələn, Şengen ölkələrinə
səfər tarixçəsi daha diqqətlə yoxlanıla bilər. Həmçinin, konkret
ölkəyə səfər edəcəyiniz barədə əvvəlcədən bildiriş təqdim etmək və
hətta mehmanxana bronu göstərmək tələb oluna bilər. Bu, əvvəllər
bir çox ölkələrdə, o cümlədən BƏƏ-də olduğu kimi, elektron ərizə
formasında ola bilər və avtomatik olaraq müsbət və ya mənfi cavab
verilə bilər.
Düşünmürəm ki, hansısa köklü dəyişiklik olsun və xüsusilə də
vətəndaşlarımız üçün vizasız rejim ləğv edilsin. Lakin həmin dövrdə
siyasi vəziyyətin necə olacağını qabaqcadan demək çətindir”,
– deyə Qiorqi Tetradze bildirib.
Gedən turizm assosiasiyasının rəhbəri Mamuka Kelauridzenin
sözlərinə görə isə, bu sənəd Aİ-də giriş-çıxışın idarə olunması
üzrə yeni rəqəmsal sistemin (EES) gücləndirilməsi prosesinin bir
hissəsidir.
Onun sözlərinə görə, hazırda bu sistem bütün hava limanlarında eyni
effektivliklə tətbiq olunmur.
“Birinci mərhələ artıq başlayıb – hava limanlarında
barmaq izi götürülür, göz skan edilir və s. Giriş qaydaları artıq
qüvvədədir. Lakin bəzi hava limanlarında sistem normal işləyir,
bəzilərində isə hələ də problemlər var. Böyük hava limanlarında
tətbiq edilib, kiçiklərdə isə tam oturuşmayıb. Birinci mərhələ tam
təkmilləşdirilmədən ikinci mərhələyə keçmək çətin olacaq. İkinci
mərhələ isə əvvəlcədən qeydiyyatın və onlayn vizaya bənzər formatın
tətbiqini nəzərdə tutur”, – deyə Mamuka Kelauridze
qeyd edib.
Məlumat üçün bildirək ki, Aİ-də giriş-çıxışın idarə olunması üzrə
yeni rəqəmsal sistemin (EES) birinci mərhələsi 12 oktyabrdan
başlayıb. Yeni qaydalara əsasən, pasportlara əl ilə ştamp vurulması
praktikası ləğv olunur. Sistem mərhələli şəkildə tətbiq edilir və
Aİ-yə üzv bütün ölkələrin beynəlxalq hava limanlarında qüvvəyə
minməlidir.
Yenilik iki mərhələdən ibarətdir. İkinci mərhələdə ETIAS sisteminin
tətbiqi planlaşdırılır. Bu, Avropa ölkələrinə səfərlə bağlı
məlumatlandırma və səyahətə icazə (avtorizasiya) sistemidir.
Econsul-un məlumatına görə, 2026-cı ilin sonundan etibarən
Avropanın 30 ölkəsinə səfər üçün 1,4 milyard insanın səyahət
avtorizasiyasına ehtiyacı olacaq. Bu avtorizasiya 60-dan çox
ölkənin, o cümlədən Gürcüstan vətəndaşları üçün də məcburi
olacaq.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.