Çeçenistan rəhbəri Ramzan Kadırov oğlunun düşdüyü yol-nəqliyyat
hadisəsi haqda xəbəri "uydurma" adlandırıb.
O bu haqda Çeçenistan prokuroru Arsan Adayev ilə görüşündə
bildirib. Video Kadırovun Telegram-kanalında yayımlanıb.
"Süni intellekt vasitəsilə istənilən adamı aldatmaq
olar. Ölkədə 128 min qəza baş verib, 13 min 9 nəfər həlak olub. Heç
kəs buna əhəmiyyət vermir, heç kim heç nə demir", –
Kadırov deyib.
O əlavə edib ki, oğlunun qəzası haqda "dezinformasiya" dünyada
xəbərlərin "bir nömrəli" mövzusuna çevrilib. Amma Kadırov qəza
olmadığını açıq deməyib.
Videoya yerləşdirilmiş mətndə görüşdə respublika rəhbərinin feyk
xəbərlərlə mübarizənin aktuallığına diqqət çəkdiyi, bu mübarizəni
gücləndirməyə söz verdiyi qeyd edilib. Kadırovun sözlərinə görə,
"respublikamız barədə düzgün olmayan məlumatlar hər zaman mediada
xüsusi ajiotaj yaradır".
İlk dəfədir Çeçenistan hökuməti 18 yaşlı Adəm Kadırovun düşdüyü
qəza ilə bağlı şərh verir. A.Kadırovun səhhəti, hazırda harada
olduğu ilə bağlı dəqiq bilgi yoxdur. "Kavkaz.Realii" yazır ki,
Çeçenistan rəhbərliyi, dövlət mediası Kadırovun oğlunun köhnə
görüntülərini yeni kimi təqdim edirlər. Bu yaxınlarda onun
Instagram hesabında ləzginka rəqsi və atışma videosu
yayımlanıb.
A.Kadırovun olduğu maşın karvanının yanvarın 16-da qəza törətdiyi
bildirilir. Qəzada öndəki avtomobilin sürücüsü həlak olub,
Çeçenistan rəhbərinin oğlu və onun ətrafından təxminən 20 nəfər
xəstəxanaya aparılıb. A.Kadırov isə təyyarə ilə Moskvaya müalicəyə
göndərilib, - "Kavkaz.Realii" yazırdı.
"Novaya qazeta Yevropa"nın məlumatına görə, sükan arxasında
Kadırovun şəxsi mühafizəçisi, Çeçenistan daxili işlər nazirinin
qardaşı oğlu olub. "NIYSO" hərəkatı isə bildirir ki, o və daha iki
mühafizəçi də yaralanıb, biri baş beynindən ağır xəsarət alıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.