Yanacağın qiyməti beynəlxalq bazardan və larinin məzənnəsindən asılıdır — Soso Pxakadze

Yanacaq qiymətlərinin dəyişməsi birbaşa beynəlxalq bazarlardakı tendensiyalardan və milli valyutanın

məzənnəsindən asılıdır — belə cavab verib “Visol Group”un vitse-prezidenti Soso Pxakadze TV Pirveli-nin sualına, şirkətinin yanacaq qiymətlərini Komissiyanın fəaliyyət çərçivəsində ucuzlaşdırıb-ucuzlaşdırmayacağı barədə.

“Əgər nəsə edə bilsək, edəcəyik, amma bu barədə danışıq getmir. Biz biznesimizi düzgün, ədalətli və hüquqi çərçivədə aparırıq. Həmişə belə etmişik və gələcəkdə də edəcəyik.
Hər şey normaldır, mən hər hansı problem görmürəm.

Yanacaqla bağlı biz milyon dəfə demişik ki, bu, beynəlxalq qiymətlərə və lari məzənnəsinə bağlıdır. Beynəlxalq qiymətlər artarsa, daxili bazarda yanacağın qiyməti də yüksəlir və əksinə. Görüş oldu, məncə, çox konstruktiv idi və biz bu barədə bir neçə söz dedik. Mən bir şeyi bilirəm ki, biznes iqtisadiyyatı artır və güclü iqtisadiyyat olmadan heç bir ölkə uğurlu ola bilməz”,
— deyə Soso Pxakadze bildirib.

Pxakadze hökumətin inzibati binası yaxınlığında suallara cavab verib, lakin görüşün mövzusunu açıqlamayıb. “Başqa məsələ ilə bağlı idi” — deyə o əlavə edib.

Yanacaq, ərzaq və dərman qiymətlərinin araşdırılması məqsədilə ölkədə bir neçə proses paralel olaraq həyata keçirilir: “Gürcü Arzusu”nun baş nazirinin rəhbərliyi altında yaradılmış koordinasiya qrupu işini, ehtimal ki, aprelin sonunadək yekunlaşdıracaq. Parlamentdə artıq qiymətlərin araşdırılması üzrə müvəqqəti istintaq komissiyası yaradılıb və ilk iş görüşünü sabah keçirəcək. Dövlət Təhlükəsizlik Xidməti isə qiymətlər məsələsini ötən ilin dekabrından araşdıracağını elan etmişdi.


Mənbə: BusinessMedia


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google