ABŞ-nin dövlət katibi Marko Rubio bu həftəsonu Almaniyada Münxen
Təhlükəsizlik Konfransına qatılacaq.
Daha sonra onun Slovakiya və Macarıstana səfəri gözlənilir. Bu
haqda Dövlət Departamenti açıqlama yayıb.
Bu səfər Vaşinqtonla Avropa müttəfiqləri arasında təhlükəsizlik,
ticarət, transatlantik alyansın gələcəyi ilə bağlı inamsızlığın
dərinləşməsi fonunda gerçəkləşir. AzadlıqRadiosunun Vaşinqton
müxbiri Aleks Raufoğlu yazır ki, bu gərginliklərin Münxendəki
müzakirələrin mərkəzində duracağı gözlənilir.
Daha bir böyük mövzu isə Rusiyanın Ukraynada dörd ili tamam olan
işğalçı müharibəsidir.
Rubio Münxendə fevralın 13-15-də, Bratislava və Budapeştdə isə
fevralın 15-16-da olacaq.
Slovakiyada dövlət katibi regional təhlükəsizlik əməkdaşlığı və
nüvə enerjisi layihələrini, Macarıstanda ikitərəfli əlaqələri,
qlobal konfliktlərin həllinə yönəlik sülh səylərini müzakirə
edəcək.
Rubionun Münhendə fevralın 14-nə gözlənən çıxışı diqqətlə
izlənəcək. Ötənilki konfransda vitse-prezident Cey Di Vensin çıxışı
əks-səda yaratmışdı. O, Avropa liderlərini azad sözü boğmaqda,
miqrasiyasını idarə edə bilməməkdə suçlamışdı. Bu fikirlər Brüssel
və başqa yerlərdə əndişəyə səbəb olmuşdu.
A.Raufoğlu yazır ki, bu narahatlıq konfransın illik hesabatından
hiss olunur. Bu həftə dərc olunan sənəddə deyilir ki, Rusiyanın
təcavüzü Avropanı "uzunmüddətli qarşıdurma erası" ilə üz-üzə
qoyub.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.