Sabah qiymətləri araşdıran Parlamentin komissiyasının ilk iclasında süd, ət məhsulları və yumurta istehsalçıları dinləniləcək

Sabah, 11 fevral tarixində Parlamentin qiymətləri araşdıran müvəqqəti istintaq komissiyasının ilk iş iclası keçiriləcək.



Məlumata görə, iclasda yerli ət məhsulları, süd məhsulları və yumurta istehsalçıları iştirak edəcək. Müzakirələr bazarın strukturu və qiymətlərin formalaşma zənciri ətrafında aparılacaq.

Qiymətləri araşdıran müvəqqəti komissiya parlamentdə keçən həftə yaradılıb. Komissiyanın tərkibinə 14 nəfər daxildir və kvotalar belə bölünüb: “Gürcü Arzusu” –
7; “Xalqı Gücü” – 3; “Gürcüstan naminə” – 3; Avrososialistlər – 1. İlk iclas, qeyd olunduğu kimi, sabah keçiriləcək.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayının əvvəllərində hökumət də qiymətləri izləmək məqsədilə koordinasiya işçi qrupu yaradıb. Baş nazirin rəhbərliyi altında bu komissiya apteklər şəbəkələrinin və əczaçılıq assosiasiyasının, yerli istehsalçıların, pərakəndə sektoru, distribyutor şirkətləri və neft şirkətləri nümayəndələri ilə görüşlər keçirib. Həmçinin, bildirilib ki, komissiya işini ehtimal ki, aprelin sonunadək yekunlaşdıracaq.

Xatırladaq ki, baş nazir İrakli Kobaxidze 2025-ci il 24 dekabr tarixində bildirib ki, ərzaq məhsullarının Avropa və Gürcüstan qiymətləri arasındakı böyük fərq distribyutor şirkətləri və marketlərin yüksək əlavə qiyməti ilə izah olunur, bu isə Gürcüstan sərhədindən satışa qədər orta hesabla 86%-i təşkil edir. 24 dekabrda Dövlət Təhlükəsizlik Xidmətində isə elan edilib ki, ərzaq məhsulları ilə bağlı qiymətlərin araşdırılması başlanacaq.


Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google