Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 11-də İstanbulun
baş prokuroru Akın Gürleki yeni ədliyyə naziri təyin edib.
Gürlek ölkənin son bələdiyyə seçkilərində birinci olmuş partiyasına
qarşı genişmiqyaslı tədbirlərə rəhbərlik etdiyindən bu qərar
tənqidçilərin kəskin reaksiyasına səbəb olub.
Gürlek 2024-cü ildə baş prokuror təyin olunmuşdu. Cümhuriyyət Xalq
Partiyasına (CHP) qarşı bir sıra həbslər və ittihamlar onun
vəzifədə
olduğu müddətə düşüb, İstanbulun hazırda həbsdə olan
keçmiş meri Əkrəm İmamoğlu ilə bağlı istintaq aparılıb. CHP-nin
yüzlərlə partiya üzvü, vəzifəli şəxs saxlanılıb. Bu addımlar,
əsasən, siyasi sayılsa da, hökumət bu iddiaları rədd edir.
CHP sədr müavini Gül Çiftçi X sosial şəbəkəsində yazıb ki,
"Gürlekin təyinatı onun partiyamıza qarşı apardığı əməliyyatlara
görə açıq mükafatdır".
Gürlek ədliyyə naziri postunda Yılmaz Tunçu əvəzləyəcək. Bu,
2023-cü ilin ortalarında keçirilən son seçkilərdən bəri ilk kabinet
dəyişikliyidir.
Ərdoğan həmçinin Ərzurum vilayətinin qubernatoru Mustafa Çiftçini
daxili işlər naziri təyin edib. O, bu vəzifədə Ali Yerlikayanı əvəz
edib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.