Vens Əliyevlə məhbusların buraxılmasından da danışıb
14:25 / 11.02.2026
Azərbaycan prezidenti İlham Əliyev və ABŞ-nin vitse-prezidenti Cey
Di Vens fevralın 10-da ikitərəfli görüşdə prezident
Donald Trampın Ermənistana və Azərbaycana sülh gətirmək
təşəbbüsləri çərçivəsində növbəti addımları müzakirə ediblər. Bu
barədə Vensin sözçüsü məlumat verib.
"Onlar əsasən ticarət və rifah, texnologiya və diplomatik
əlaqələrin genişləndirilməsini müzakirə etdilər. "Beynəlxalq Sülh
və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə
müqavilələr və
icazələrdən, məhbusların azad edilməsi kimi etimadyaratma
tədbirlərindən, ABŞ investisiyaları və regional iqtisadi
inteqrasiya daxil, növbəti addımlardan da
danışdılar", – sözçü deyib.
Açıqlamada hansı məhbusların buraxılması dəqiqləşdirilməsə də,
"Tramp marşrutu" və etimadyaratma kontekstində söhbət Bakıdakı
erməni məhbuslardan gedə bilər. Ermənistanın baş naziri Nikol
Paşinyan Venslə həmin məhbusların müzakirə olunduğunu, Vens isə
Yerevanda jurnalistlərə bu məsələni Bakıda qaldıracağını demişdi.
Həmin məhbuslardan bəzilərinə terrorçuluq, soyqırımı, işgəncə
ittihamları ilə uzunmüddətli həbs cəzaları kəsilib.
Vensin yerli hüquq müdafiəçilərinin siyasi məhbus saydığı jurnalist
və fəalların azadlığa buraxılması məsələsini Əliyevlə müzakirə
edib-etmədiyi bəlli deyil.
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.