Avropa İttifaqı əvvəllər qəbul edilmiş yeni mexanizm
çərçivəsində Gürcüstanın diplomatik və xidməti pasport sahibləri
üçün vizasız gediş-gəlişin dayandırılmasını nəzərdə tutan qərarı
təsdiqləyib.
Gözlənildiyi kimi, təklif Macarıstan və Slovakiya tərəfindən
dəstəklənməyib, lakin bu, yekun qərara təsir göstərməyib. Qərar
mart ayının əvvəlindən qüvvəyə minəcək.
2025-ci ilin dekabr ayının sonunda Avropa İttifaqının yenilənmiş
vizasız rejimin dayandırılması mexanizmi qüvvəyə minib.
Həmin vaxt
bildirilmişdi ki, Brüsselin və digər Avropa paytaxtlarının hakim
partiyanın siyasətinə artan tənqidi fonunda yeni mexanizm böyük
ehtimalla Gürcüstana da şamil olunacaq.
Qərar Avropa İttifaqının bütün üzv dövlətləri üçün məcburidir.
Brüsseldə bundan əvvəl qəbul edilmiş qərara baxmayaraq, diplomatik
və xidməti pasport sahibləri, o cümlədən “Gürcü Arzusu” hökumətinin
üzvləri Avropa İttifaqının bəzi ölkələrinə, o cümlədən Macarıstana
vizasız səfər edə bilirdilər.
Avropa İttifaqı dəfələrlə bəyan edib ki, diplomatik pasport
sahibləri üçün vizasız rejimin ləğvindən sonra Gürcüstan
hakimiyyətinin siyasəti dəyişməzsə, tədbirlər bütün əhaliyə şamil
oluna bilər.
• Bu, hakimiyyət “problemləri həll etməzsə” – yəni Brüsseldən
dəfələrlə verilmiş tövsiyələri yerinə yetirməzsə baş verə
bilər.
• Hələlik Avropa Komissiyası konkret tarixlər açıqlamır.
Tbilisi Avropa İttifaqının irəli sürdüyü tövsiyələrin, o cümlədən
mübahisəli qanunların ləğvinin yerinə yetirilməsindən imtina edir.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Avropa
İttifaqı ilə vizasız rejimin mümkün dayandırılması ölkə üçün
“ekzistensial məsələ” deyil və o, “sülhə və sabitliyə üstünlük
verərdi”.
Avropa Şurası 2024-cü il 16 dekabr tarixli iclasında Gürcüstanın
diplomatik və xidməti pasportları üçün vizasız rejimin
dayandırılması barədə qərar qəbul edib.
Gürcüstanda diplomatik pasportlar ölkənin ali vəzifəli şəxslərinə,
o cümlədən prezidentə, baş nazirə və Parlament sədrinə (və onların
həyat yoldaşlarına), nazirlərə və onların müavinlərinə, parlament
üzvlərinə, katolikos-patriarxa və digər şəxslərə verilir.
Xidməti pasportlar isə təsdiqlənmiş kvotalara uyğun olaraq nazirlik
və agentliklərin bir sıra vəzifəli şəxslərinə, hüquq-mühafizə
orqanlarının, məhkəmə və prokurorluq əməkdaşlarına, həmçinin
diplomatik missiyaların inzibati-texniki heyətinə və digər dövlət
qulluqçularına verilir.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.