Gürcüstanda baş verən ən son xəbərlərin icmalı
Gürcüstanda baş verən ən son xəbərlərin icmalı.

Aİ vizasız rejimi dayandırır
Avropa İttifaqı Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız gediş-gəlişi dayandırıb. Qərar martın əvvəlindən qüvvəyə minəcək.
Rəsmi Brüssel bildirir ki, hakimiyyət Aİ-nin tövsiyələrini yerinə yetirməsə, məhdudiyyətlər bütün vətəndaşlara da şamil oluna bilər.
Baş nazir İrakli Kobaxidze isə mümkün qərarı ölkə üçün “ekzistensial məsələ” hesab
etmir.

Şida Kartlidə qanunsuz quş kəsimi
Milli Qida Agentliyi Şida Kartlidə 8 qanunsuz quş kəsim məntəqəsi və qeyri-qanuni yumurta istehsalı faktı aşkarlayıb.
Obyektlər qeydiyyatsız fəaliyyət göstərib. Bir sıra hallarda ciddi sanitariya pozuntuları müəyyən edilib.
Müəssisələrin fəaliyyəti dayandırılıb, qanunvericiliyə uyğun tədbirlər görülüb.

Tbilisidə kirayə pulu dayandırılacaq
Tbilisi meri Kaxa Kaladze bildirib ki, qəzalı binanın əvəzləmə proqramından imtina edən sakinlərə kirayə haqqının ödənişi dayandırılacaq.
Əgər şəxs həm kirayə pulu alır, həm də proqramda iştirakdan imtina edirsə, ödəniş altı ay sonra kəsiləcək.
Mer sakinləri proqramlardan yararlanmağa çağırıb.

Parlamentdə demoqrafik işçi qrupu
Gürcüstan Parlamentində demoqrafik vəziyyətlə bağlı yeni işçi qrupu yaradılır.
Komitə sədri Zaza Lominadzenin sözlərinə görə, pandemiyadan sonra ölkədə mənfi demoqrafik balans müşahidə olunur.
Qrup uşaqlı ailələrin sosial vəziyyətini yaxşılaşdırmaq üçün hökumətə tövsiyələr hazırlayacaq.

Qızıl və gümüş bahalaşıb
Dünya birjalarında qızıl və gümüş bahalaşıb.
Bir unsiya qızıl 5 052 dollara, gümüş isə 83 dollardan yuxarı qalxıb.
Gürcüstanda 999 əyar qızılın bir qramı 460 lariyə təklif olunur. Qiymətlər gün ərzində dəyişə bilər.

Plastik qablaşdırmaya məhdudiyyət
Hökumət plastik qablaşdırmadan mərhələli imtinanı nəzərdən keçirir.
Nazir müavini Solomon Pavliaşvilinin sözlərinə görə, 1 iyuldan HORECA sektorunda plastik istifadəsi qadağan oluna bilər.
Növbəti mərhələdə isə marketlərdə plastik qablaşdırmada içkilərin satışı dayandırıla bilər.

Polşada 4 Gürcüstan vətəndaşı saxlanılıb
Polşada Gürcüstanın dörd vətəndaşı saxlanılıb.
Əməliyyatda antiterror bölməsi də iştirak edib.
Onlardan biri Litvanın tələbi ilə həbs olunub. Saxlanılmanın səbəbi açıqlanmır.

DTK rəhbəri ABŞ-da olub
Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri 7–10 fevral tarixlərində ABŞ-da işgüzar səfərdə olub.
Rəsmi məlumata görə, səfər çərçivəsində təhlükəsizlik məsələləri müzakirə edilib.

Rustavi–Tbilisi yolunda faciə
Rustavi–Tbilisi yolunda baş verən qəza üç nəfərin ölümü ilə nəticələnib.
Minik avtomobili ötmə zamanı yük maşını ilə toqquşub.
Hadisə yerində bir gənc və iki qadın həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

“Kazbeqi”də bəyan edilməmiş qızıl
“Kazbeqi” gömrük məntəqəsində 497 qram bəyan edilməmiş qızıl aşkarlanıb.
Malların gömrük dəyəri 118 min manatdan çoxdur.
İş materialları İstintaq Xidmətinə təqdim olunub.

Kaxetidə şirniyyat sexi bağlanıb
Milli Qida Agentliyi Dedaoplitsğaroda şirniyyat müəssisəsində ciddi pozuntular aşkarlayıb.
Obyekt cərimələnib və uyğunsuzluqlar aradan qaldırılanadək fəaliyyəti dayandırılıb.

Axalqoridə saxlanılan vətəndaş azad edilib
İşğal altında olan Axalqori ərazisində saxlanılan Gürcüstan vətəndaşı azad olunub.
Rəsmi qurumlar bildirir ki, digər saxlanılan şəxslərin azad olunması istiqamətində iş davam edir.

Bakurianidə qanunsuz ağac kəsimi
Bakuriani–Tsağveri meşəsində 6 kubmetr ağacın qanunsuz kəsilməsi faktı aşkarlanıb.
Qanun pozucusu inzibati məsuliyyətə cəlb olunub, nəqliyyat vasitəsi möhürlənib.

Narkotik ittihamı ilə 8 nəfər saxlanılıb
Daxili İşlər Nazirliyi müxtəlif bölgələrdə narkotik cinayəti ittihamı ilə 8 nəfəri saxlayıb.
Onlardan narkotik vasitələr və qablaşdırma materialları götürülüb.
Cinayət 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutur.

Tbilisidə 4 nəfər saxlanılıb
Tbilisidə qrup halında zorakılıq və xəsarət yetirmə ittihamı ilə 4 nəfər saxlanılıb.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
İstintaq davam edir.

Pensiya fondunda artım
Pensiya sxeminə qoşulanların sayı 1 milyon 715 min nəfərə çatıb.
Fondun aktivləri 8,5 milyard larini ötüb.
Yığım pensiyasından indiyədək 27 mindən çox şəxs istifadə edib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google