Dünyada baş verən xəbərlərin icmalı.
1️⃣ Kanadada məktəbdə silahlı
insident
Kanadanın Britaniya Kolumbiyası əyalətində
məktəbdə silahlı insident baş verib.
Hadisə nəticəsində hücum edən şəxs də daxil olmaqla azı 10 nəfər
həyatını itirib.
25 nəfər yaralanıb və xəstəxanalara yerləşdirilib.
Polis faciənin səbəblərini araşdırır.
2️⃣ UNICEF: 200 milyon uşaq yardıma
möhtacdır
UNICEF bildirir ki, 2026-cı ildə
130-dan çox
ölkədə 200 milyondan artıq uşaq humanitar yardıma ehtiyac
duyacaq.
Qurumun rəhbəri Ketrin Rasselin sözlərinə görə, münaqişələr və
iqlim böhranı vəziyyəti ağırlaşdırır.
Fond beynəlxalq tərəfdaşları daha güclü dəstəyə çağırır.
3️⃣ Qazaxıstan peyk internetini
genişləndirir
Qazaxıstan Tacikistan, Qırğızıstan və
Monqolustana peyk interneti təqdim etməyi planlaşdırır.
Nazir Jaslan Madiyev bildirib ki, ölkədə 1900 kənd optik şəbəkə ilə
təmin olunacaq.
“Starlink” stansiyaları vasitəsilə internet region ölkələri üçün də
əlçatan olacaq.
4️⃣ Türkiyədə yeni ədliyyə naziri
Türkiyə
prezidenti Rəcəb Tayyib Ərdoğan Akın Gürleki ədliyyə naziri təyin
edib.
Gürlek son bələdiyyə seçkilərindən sonra müxalifətə qarşı
tədbirlərə rəhbərlik edirdi.
Təyinat müxalifət tərəfindən tənqidlə qarşılanıb.
5️⃣ İran: Nüvə proqramı dincdir
İran prezidenti
Məsud Pezeşkian ölkəsinin nüvə proqramının dinc məqsədli olduğunu
bildirib.
O, beynəlxalq müfəttişləri qəbul etməyə hazır olduqlarını
deyib.
Bu arada ABŞ bölgədə hərbi qüvvələrini gücləndirib, diplomatik
danışıqlar davam edir.
6️⃣ Ukraynada seçki və referendum planı
“The
Financial Times” yazır ki, Ukraynada prezident seçkiləri və mümkün
sülh sazişi üzrə referendum planlaşdırılır.
ABŞ administrasiyası səsvermələrin mayın ortalarınadək
keçirilməsini istəyir.
Rəsmi Kiyev isə hələlik bu məlumatı təsdiqləməyib.
7️⃣ Əliyev və Vens görüşü
Azərbaycan prezidenti
İlham Əliyev və ABŞ-nin vitse-prezidenti Cey Di Vens ikitərəfli
görüş keçiriblər.
Tərəflər regional sülh təşəbbüsləri, iqtisadi əməkdaşlıq və
etimadyaratma addımlarını müzakirə ediblər.
Məhbusların azad olunması məsələsi də gündəmdə olub.
8️⃣ Aİ sığınacaq qaydalarını dəyişir
Avropa
Parlamenti sığınacaq prosedurları ilə bağlı yeni dəyişiklikləri
təsdiqləyib.
Bir sıra ölkələr, o cümlədən Gürcüstan və Türkiyə “təhlükəsiz mənşə
ölkə” siyahısına salınıb.
Qərar Aİ Şurası tərəfindən də təsdiqlənməlidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.